Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir. Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Amukta adası
Amukta adası (ing. Amukta Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Siquam adasından şərqdə yerləşir. == Coğrafiya == Daxil olduğu adalar qrupunun ən qərbində yerləşən adadır. Adada aktiv olan Amukta vulkanı vardır. Adanın maksimal hündürlüyü 1055 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Duman və atmosfer yağıntıları adanın əsas xüsusiyyətlərindən biridir. == Tarixi == Ada 1768-ci ildə "M. Pavel" gəmisində rus dənizçiləri tərəfindən kəşf edilmişdir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
Amukta boğazı
Amukta boğazı (ing. Amukta Pass) - Sakit okeanı Berinq dənizi ilə birləşdirir, genişliyi ilə fərqlənir. Aleut adaları hövzəsində yerləşir. Amukta və Siquam adalarını ayırır. Siquam qərbdə, Amukta isə şərqdə yerləşir. == 2011-ci il zəlzələsi == 23 iyun 2011- ci ildə Alyaska vaxtı ilə 7:10 Amukta boğazında 20 mil (32 km) cənubda 7,4, ardından isə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin təsiri 155 mil (250 km) radiusunda yayılır. Ardından sunami baş verir. == Ədəbiyyat == Merriam-Webster's Geographical Dictionary, Third Edition. Springfield, Massachusetts: Merriam-Webster, Incorporated, 1997.
Andryu Lapuka
Mamuka Baxtadze
Mamuka Baxtadze (gürc. მამუკა ბახტაძე; 9 iyun 1982, Tbilisi, Gürcüstan SSR) 13 noyabr 2017-ci ildən 13 iyun 2018-ci ilədək Maliyyə Naziri vəzifəsini icra edən Gürcüstan siyasətçisidir.
Mamuka Kikaleyşvili
Mamuka Andreyeviç Kikaleyşvili (gürc. მამუკა ანდრეის ძე კიკალეიშვილი; 10 avqust 1960, Tbilisi — 3 may 2000, Moskva) — gürcü aktyoru və kinorejissoru. == Həyatı == == Filmoqrafiya == Yaramaz (film, 1988) Girişmə, öldürər!
Mamuka Qorqodze
Mamuka Qorqodze (gürc. მამუკა გორგოძე; 14 iyul 1984, Tbilisi) — gürcü reqbi oyunçusu, Fransanın peşəkarToulon klubunun oyunçusu; Gürcüstan millisinin keçmiş kapitanı, Flanker və ya səkkizinci mövqedə oynamışdır. == Həyatı == Mamuka Qorqodze 14 iyul 1984-cü ildə Tbilisidə anadan olub. == Oyunçu karyerası == === Klub === Mamuka əvvəllər basketbol oynayırdı, amma 17 yaşında reqbi oyununu seçdi. Karyerasına Gürcüstanın Top Liqasında "Lelo" klubunun üzvü kimi başlamışdır. 2005-ci ildə Mamuka Montpellier ilə müqavilə imzalamışdır, lakin Qorqodze dərhal kifayət qədər vaxt qazanmadan əsas komandada dayaq qazana bilmədi. 2007 Dünya Kubokundan sonra baza oyunçusu oldu. 2009/2010 mövsümündə "Brive Correz" Mamuka ilə keçid barədə əvvəlcədən razılığa gəlmişdi, lakin son anda bu barədə düşündü və keçiddən imtina etdi. Kompensasiya olaraq Montpellier Brive Correz komandasına 200 min avro ödədi . 2010/2011 mövsümündən bəri, Qorqodze cinah oyunçusu kimi oynamağa başladı və klubun Top 14 finala yüksəlməsinə kömək etdi.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 54.54 saniyə nəticə göstərdi və 42-ci pillənin sahibi olub. Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulula üzmə turnirinin təsnifat mərhələsində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.
Səma qəsri Laputa
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.