Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Suzana Lazoviç
Suzana Lazoviç (28 yanvar 1992, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Vasili Lanovoy
Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva – 28 yanvar 2021, Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980). Va­si­li La­no­voy 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib. Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın. Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur.