Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Laskou mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Leskov adası
Leskov adası (ing. Leskov Island) — elə də böyük olmayan, Atlantik okeanın cənubunda yerləşən, Cənubi Sandviç adaları qrupuna daxil olan. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Şəkil == Leskov adası Cənubi Georgiyadan 520 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə yerləşir. Vısoki adası və Zavadovski adası ilə birlikdə Taverse arxipelaqını əmələ gətirir. Adanın sahəsi 0,3 km²-dir. Ada vulkanik məşhəllidir. Cənubi Sandviç adaları adalarından bir çox xüsusiyyətləri ilə seçilir. Bu ada bir xətt üzərində yerləşmir.
Nikolay Leskov
Nikolay Semyonoviç Leskov (rus. Никола́й Семёнович Леско́в; 16.2.1831-5.3.1895) — Rusiya yazıçısı, jurnalisti. == Həyatı == == Maraqlı fakt == İosif Brodskinin yaşadığı evi XIX əsrdə yunan knyazı Muruza tikdirib, həmin ev həm də oradakı fliqellərin birində məşhur rus yazıçısı Nikolay Leskovun yaşaması ilə tanınır.
Vorontsov-Daşkov
İllarion İvanoviç Vorontsov-Daşkov (27 may 1837, Sankt-Peterburq – 15 yanvar 1916, Alupka, Tavriya quberniyası[d]) — Rusiya dövlət və hərbi xadimi. == Həyatı == XIX əsrin 90-cı illərində Şərqi Anadolu ərazilərində erməni millətçi ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin nəticəsiz qaldığını görən daşnaklar öz iyrənc əməllərinin davamını Cənubi Qafqazda həyata keçirməyi qərara aldılar. Əsrin əvvəllərində Çar Rusiyasının üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, ucqarlarda fəhlələrin tətil hərəkatı, inqilabi yüksəliş və digər ciddi amillər imperiya əhalisinə görünməmiş sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən "qaynar nöqtə" hesab olunurdu. Fəhlələrin Bakıda, Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili keçirildi. Belə mənzərə Cənubi Qafqazın erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda, Karaklisdə, İrəvanda, Qafanda, Alaverdi misəritmə zavodunda fəhlələr dəfələrlə tətil keçirdilər. Maraqlısı bu idi ki, erməni proletariatı da ümumrus tətillərini dəstəkləyirdi. 1905-ci ildə azərbaycanlılarla yanaşı, Gürcüstanda da Tiflis dəmiryolçularının tətili başladı. Qori, Tianet qəzalarında, Kaxetiya və Meqreliya kəndlərində silahlı toqquşmalar qeydə alındı.
İvan Laskoviç-Kroata
İvan Laskoviç-Kroata (xorv. Ivan Lacković Croata) — təbiəti təsvir janrda işləyən xorvat rəssamı. == Bioqrafiya == Lakoviç-Kroata Kalinovac yaxınlığındakı Batinska kəndində kəndli ailəsində anadan olub. İbtidai təhsili bitirdikdən sonra tarlalarda, meşələrdə fəhlə işləmişdir. Özünü öyrədən bu rəssam kənd həyatını əks etdirən ilk akvarellərini 1944-cü ildə tamamlayıb. İlk rəsmlərini 1952-ci ildə çəkir. 1954-cü ildə İvan Laskoviç-Kroata Kloştar Podravskiyə köçür. Orada üç il keçirir və ilk yağlı boya əsərlərini çəkir. Sonra Zaqrebə köçür, orada poçtalyon və poçt işçisi kimi çalışır. 1962-ci ildə o, Krsto Heqeduşiç ilə tanış olur və vaxtaşırı onun emalatxanasında işləyir.
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
İllarion Vorontsov-Daşkov