Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Leylək
Leylək (lat. Ciconia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinin leyləklər fəsiləsinə aid heyvan cinsi.
Leylər
Belibağlılar (lat. Circinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Ləklər
Ləklər (xalq)
Leklər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Leylə
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Ləgər
Aşağı Ləgər
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Ağ leylək
Ağ leylək (lat. Ciconia ciconia) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. İri bataqlıq quşu olan ağ leylək leyləklərin ən tanınmış nümayəndəsidir. Bu quş əsasən ağ rəngdə olub, qanadlarının uc hissələri qara rəngdədir. Ağ leyləyin həmçinin boynu uzun, dimdiyi nazik və uzun, ayaqları isə uzun olub qırmızıya çalan rəngdədir.
Entoni Legget
Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir. == Bioqrafiyası == Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var. == Təhsili == Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır.
Kəqaləq (Əhər)
Kəqaləq (fars. كقالق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (204 ailə).
Lesley Dali
Lesley Dali (d. 28 iyun 1966; Bedford, Birləşmiş Krallığ) — Avstraliyanı təmsil edən batut gimnastı. Lesley Dali, 2004-cü ildə Avstraliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lesley Dali, 2004-cü ildə Avstraliya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Dali, 58.90 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Lesley Hazleton
Lesley Hazleton (20 sentyabr 1945, Ridinq – 29 aprel 2024) — Britaniya yazıçısıdır və onun yazıları əsasən din və siyasət arasında olan əlaqələr ve kəsişmə haqqındadır. == Bioqrafiyası və kariyerası == Hazleton Yerusəlimden The New York Times üçün reportaj hazırlayıb və Orta Şərq haqqında The New York Times, The New York Review of Books, Harper's, The Nation və The New Republic kimi qəzetlərdə məqalələr yazıb. İngiltərədə doğulub, daha sonra isə 1966-cı ildən 1979-cu ilə kimi Yerusəlimdə və 1979-cu ildən 1992-ci ilə kimi New York şəhərində məskunlaşmışdır. Daha sonra o, Seattle-a köçür və Amerika vətəndaşlığını əldə edir. Onun pisxologiya sahəsində iki elmi dərəcəsi var (B.A. Manchester University, M.A. Hebrew University of Jerusalem) . Hazleton özünü agnostik yəhudi kimi qələmə verir və qeyd edir ki, kainatdakı hər şey pardoksdur. Əlavə olaraq, biryönümlü düşünmənin təhlükəli olduğunu vurğulayır. 2010-cu il aprelin 10-da din, siyasət və varoluş məsələlərinə aqnostik baxış mövzusu ətrafında Təsadüfi İlahıyyatçı bloqunu təşkil edir 2011-ci ilin sentyabr ayında ədəbiyyat sahəsində The Stranger's Genius mükafatına layiq görülür . Onun axırıncı kitabı, Agnostik: Canlı Manifest əsəri 2016-cı ilin ən dəyərli kitablarından olur , və New York Times tərəfindən çox yüksək qiymətləndirilir. == Kitabları == Agnostic: A Spirited Manifesto 2016 (New York Times Editors' Choice) The First Muslim: The Story of Muhammad (New York Times Editors' Choice) After the Prophet: The Epic Story of the Shia-Sunni Split (Finalist: 2010 PEN-USA book award.) Jezebel: The Untold Story of the Bible's Harlot Queen (Finalist: 2008 Washington Book Award.) Mary: A Flesh-and-Blood Biography (Winner: 2005 Washington Book Award.) Jerusalem, Jerusalem: A Memoir of War and Peace, Passion and Politics (Winner: 1987 American Jewish Committee/Present Tense Book Award).
Leylək (jurnal)
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Leylək (Əsədabad)
Leylək (fars. لک‌لک‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 868 nəfər yaşayır (273 ailə).
Leğlan (Hurand)
Leğlan (fars. لغلان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (63 ailə).
Ləklək jurnalı
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Ləklər (Həştrud)
Ləklər (fars. لكلر‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (14 ailə).
Ləklər (Məlikan)
Ləklər (fars. لكلر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 543 nəfər yaşayır (136 ailə).
Ləklər (xalq)
Ləklər — İran İslam Respublikasında İlam və Luristan ostanlarında kompakt halda yaşayan, dilləri Hind-Avropa dil ailəsinə daxil olan xalq. Kürd əsilli müəlliflər tərəfindən etnik məsubiyyət anlamında kürdlərə aid olunsalar da, dillərinə görə fərqlənirlər. Belə ki, lək dili lur dilinin dialekti hesab olunur. Türkiyədə Şeyxbizinlarca Ankarada danışılır 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 nəfərdir .
Qara leylək
Qara leylək (lat. Ciconia nigra) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. Çox nadir, sayı azalmaqda olan növdür. Ümumi rəngi qara. Dimdiyi və ayaqları qırmızıdır. Qarnı ağdır. Yayılması: Avropa, Asiya və Şimali Afrikada yayılıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanın düzən və dağətəyi ərazilərində geniş yayılıb. Son illərdə Qarayazı Qoruğunda, Talışın, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində nadir hallarda məskunlaşır. Meşələrin intensiv qırılması nəticəsində Kür-Araz və Lənkəran ovalıqlarında daha yuvalamır.
Təglək (Xoy)
Təglək (fars. تگلك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Zəlləq döyüşü
Zəlləq döyüşü (ərəb. معركة الزلاقة‎) — Murabitilərlə İspaniyadakı xristian krallıqları arasında 23 oktyabr 1086-cı ildə baş vermiş hərbi münaqişə. 23 oktyabr 1086-cı ildə murabitlər və İspaniyadakı müsəlman əmirliklərinin birləşmiş qüvvələri ilə Kastiliya krallığının qoşunları arasında Zəlləq döyüşü baş verib. Murabit bugünkü İspaniya və Fəs torpaqlarında orta əsrlərdə mövcud olmuş güclü dövlət və bu dövləti qurmuş xalqın adıdır. XI əsrdən etibarən pireneylilərin yarımadanı zəbt etmiş müsəlmanlara qarşı təzyiqi artdığından əmirliklər getdikcə zəifləyirdi. Bu səbəbdən murabitlərin başçısı Yusif ibn Tafşin Sevilya, Badaxos və Qranada müsəlman əmirliklərinin çağırışı ilə Pireneydəki yerli xristianlara, xüsusilə də Kastiliya krallığına qarşı vuruşmağa gəlmişdi. Onlar isə bu fürsətdən istifadə edərək həm döyüşdəki əsas komandanlığı həyata keçirmək, həm də torpaq ələ keçirmək niyyətində idi. Döyüş zamanı murabitlərə Yusif ibn Tafşin, Pireney əmirliklərinə Mutəmid başçılıq edirdi. Kastiliya qoşunlarına kral VI Alfonso komandanlıq edirdi. O, müttəfiqlərə qarşı tab gətirmək üçün qonşu Leon krallığından yardım istəmişdi.
Şarl Lekler
Şarl Lekler (16 oktyabr 1997, Monte Karlo) — Monakolu peşəkar Formula 1 pilotu. Ferrari komandasında çıxış edir. Lekler 2016-cı ildə GP3 Series çempionatında və 2017-ci ildə FIA Formula 2 çempionatında qalib gəldi. Lekler, 2018-ci ildə Ferrari Sürücü Akademiyasının üzvü olduğu zaman, Ferrari ilə əlaqəli bir komanda olan Sauber üçün debüt etdi. Sauberin bir il əvvəl sona çatması ilə, Lekler, iki Sauber sürücüsünün ən yüksək sırasına sahib olmaqla, mühəndislər çempionatında son vəziyyətini səkkizinciyə yüksəltmək tapşırığını verdi. Lekler, Sebastian Vettel ilə birlikdə sürdüyü Ferrari ilə 2019 mövsümü üçün müqavilə bağladı. Lekler, Bəhreyndə ilk Ferrari mövsümündə Formula 1-də ikinci ən gənc sürücü oldu. 2019 mövsümü də Lekler Belçikada ilk karyerasını qazandı, ardından bir həftə sonra Ferrari sürücüsü olaraq ilk dəfə İtaliya Qran Prisini qazandı. O, 2019 F1 mövsümündə "Pole Trophy" qazandı və bunu qazanan ən gənc sürücü oldu. Lekler karyerasına 2005-ci ildə kartinq yarışları ilə başlamışdır.
Reyçel Zegler
Reyçel Zegler (3 may 2001, Hakensak, Nyu-Cersi) — Amerikalı aktrisa və müğənnidir. == Həyatı == Reyçel Zegler 3 may 2001-ci ildə Nyu-Cersinin Hakensak şəhərində dünyaya göz açmışdır. 2018-ci ilin yanvar ayında rejissor Stiven Spilberq çəkəcəyi Qərb tərəfin hekayəsi adlı yeni bir filmi üçün Twitter vasitəsilə aktrisa seçimi elan edir. 2021-ci ildə Stiven Spilberqin rejissoru olduğu Qərb tərəfin hekayəsi adlı filmdə Maria Vasquez obrazı ilə kino karyerasına başlamışdır.