Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) 8 iyul 1960[…], Suazi-su-Monmoransi — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Leksus
Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-də yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır. 1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.
Yekbun
Yekbun (azərb. Birlik‎) — Sovet İttifaqında kürdlər arasında yaradılmış və kürd mədəniyyətini Sovet İttifaqı sərhədləri daxilində muxtar etmək və Kürdüstanın muxtariyyətini qurmaq üçün fəaliyyət göstərən kürd siyasi təşkilatı. 1980-ci illərin yenidənqurma siyasətlərindən sonra sovet kürdlərinin mədəni səyləri və muxtariyyət tələbləri özünü daha qabarıq göstərdi. Bütün respublikalarda yaşayan kürdlər 1989-cu ildə Yekbun adlı təşkilatda birləşərək Kürdüstan qəzasını yenidən qurulması üçün çalışdılar. Sovet hakimiyyəti kürd muxtariyyətinin yenidən qurulması üzərində işləməyə başladı, lakin ideoloji fərqliliklər, azəri-erməni münaqişələri, Türkiyənin müdaxiləsi və Sovet İttifaqının dağılması kimi səbəblərdən Kürd Muxtar Vilayəti yaradıla bilmədi. 1989-cu il siyahıyaalınmasının nəticələrinə görə, ölkədə cəmi 152.717 kürd yaşayırdı. == Yekbundan əvvəl muxtariyyət təşəbbüsləri == Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin 1953-cü ildə vəfatından sonrakı dövrdə sovet kürdlərinin həyata keçirdikləri siyasət, Orta Şərq və Avropada yaşayan kürd diasporu ilə əlaqələrinin artması ilə daha geniş miqyas aldı. Keçmiş sürgün siyasətləri kürd probleminin spesifik regional həlli üçün ideyaların hazırlanmasına və müzakirəsinə töhfə verdi. Dövrün üçüncü dünya ölkələrinə təsir etmək məqsədi daşıyan sovet siyasəti nəticəsində sovet kürd qurumlarının meydana çıxması sürətlə artdı. 1961-ci ilin əvvəllərində Sovet İttifaqının bir çox üzvləri, o cümlədən Mehmed Babayev, Şamil Əsgərov, Kanat Kürdoyev, Useyne Sadıqov, Zaare Evdi Sadıqov, Sano Migiyev, Mamed Tahirov, Temure Əliyev, Mehmed Əziz, Hüseyne Nevo, Çerkeze Bako və M. Abdullayev, müxtəlif respublikalardan olan kürd fəallar Laçın mərkəzli muxtar vilayətin, "Kürd Muxtar Vilayəti"nin yenidən qurulması üçün danışıqlar aparmaq üçün Moskvaya gediblər.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun eyniadlı ı.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Alber Lebrun
Alber Lebren (fr. Albert Lebrun; 29 avqust 1871, Mersi-le-O, Fransa – 6 mart 1950, Paris, Fransa) — 1932-1940-cı illərdə Fransa Respublikasının 15-ci prezidenti.
Ləkbin (Piranşəhr)
Külic (fars. لكبن‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 405 nəfər yaşayır (63 ailə).
Ləkvan (Kövsər)
Ləkvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Ləkin bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Umm Leysun yazıları
Umm Leysun yazıları (gürc. უმ ლეისუნის წარწერა) ― əhəng daşından hazırlanmış qəbir lövhəsi üzərində qədim gürcü dilinin Asomtavruli əlifbası ilə yazılmış yazı. O, 1996-cı ildə qazıntılar bərpa edildikdən sonra 2002-ci ildə Bizans dövrünün gürcü monastırında tapılmışdır. Həmin məkan Qüdsün Qədim şəhər adlanan ərazisindən 4, 5 km cənub-şərqdə olan Umm Leysun yaxınlığında yerləşir. Yazılar polixrom mozaika döşəmənin altındakı dəfn sərdabəsində tapılmışdır. Ümumilikdə sərdabədə təxminən 24 qəbir aşkar edilmişdir. İnsan skeletləri üçün cinsi qiymətləndirmədən sonra qalıqların yetkin kişilərə məxsus olduğu aşkar edildi ki, bu da monastır üçün təbii haldır. Üstündə gürcü yazısı olan aşkarlanmış ən vacib məqbərə "gürcü rahibi Yohan"a (qədim gürcü dilində Con) məxsus idi, hansı ki həm də ən qədim olan idi. Həmin şəxsin yaşı da tapıntıya xüsusi status verir, belə ki onun vəfatı zamanı yaşı 66 yada 67 idi və o, osteoparozdan əziyyət çəkirdi. Yazı həm müqəddəs torpaqlarda, həm də Gürcüstanda hər hansı arxeoloji artefkat üzərində ႵႠႰႧႥႤႪႨ (kartveli, yəni gürcü) etnoniminin qeyd olunduğu ən erkən nümunədir.
Yekun diaqnoz (roman)
X Leonun iki kardinalla portreti
X Leonun iki kardinalla portreti (it. Ritratto di Leone X con i cardinali Giulio de' Medici e Luigi de' Rossi) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hazırda İtaliyada Florensiya şəhərində saxlanılır.
Leun Çu Yan
Leun Çu Yan (21 aprel 1979) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Leun Çu Yan Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Leun Çu Yan Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Leun Çu Yan Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 4-cü pillənin sahibi olub.
X Leonun iki kardinalla portreti (Rafael)
X Leonun iki kardinalla portreti (it. Ritratto di Leone X con i cardinali Giulio de' Medici e Luigi de' Rossi) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hazırda İtaliyada Florensiya şəhərində saxlanılır.
Şəhrək-i Şəhid Rzavani-i Ləkbin (Piranşəhr)
Şəhrək-i Şəhid Rzavani-i Ləkbin (fars. شهرك شهيدرضواني لك بن‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (9 ailə).