Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lenni Robinson
Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor, Merilend – 16 avqust 2015, Biq-Pul[d], Merilend) – ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır. 2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür. Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir. Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır. Lenni Robinson xəstə uşaqları Betmen kimi ziyarət etməsinin səbəbi "Betmenin nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, həmişə sona qədər mübarizə apardığını" uşaqlara öyrətmək idi. O, uşaqları xəstəxanada ziyarət edərkən onlara Betmenlə bağlı əşyalar verirdi və verdiyi kitab, köynək, papağı Betmen kimi imzalayırdı. Onun ziyarət etdiyi xəstəxanalar arasında Sinay xəstəxanası, Corctaun Universitetinin xəstəxanası və Uşaqların Milli Tibb Mərkəzi var idi.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Çennay
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Leonia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Levni
Levni (əsl adı Abdülcəlil Çələbi; XVII əsr, Ədirnə – 1732[…], Konstantinopol) — miniatür sənətçisi. Levni Ədirnədə doğulmuşdur. Növşəhərli Paşa nəqqaş kimi Levnini saraya gətirmişdi. Yaradacı zəkasıyla sənətində yeni cığırlar açaraq, bu himayəyə layiq olduğunu isbat etmişdir. 1732-ci ildə vəfat etmiş və Otaqçılar məscidi yanındakı Sadilər Təkkəsində dəfn olunmuşdur.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. Kənd 1999-cu ildə yaradılmışdır. Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Azərbaycanda tennis
Tennis Azərbaycan üçün yad idman növü olmayıb. Azərbaycana tennisi neft mədənlərində işləyən almanlar və ingilislər gətiriblər. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda neft milyonçusu Nobelin bağında qurulub. Bu fakta əsasən də Azərbaycanda tennisin tarixi 1907-ci ildən hesablanır. İllər ötdükcə Azərbaycanda tennislə məşğul olanalrın sayı artmağa başladı və nəticədə çempionat oyunlarına start verildi. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib. İlk Azərbaycan çempionları kişilər arasında P. Mostman, qadınlar arasında isə A. Buravseva olublar. 1928-ci ildə Azərbaycanın tennis üzrə yığma komandası ilk dəfə beynəlxalq yarışlara qatılıb. Birinci Zaqafqaziya Spartakiadasında iştirak edən Azərbaycan komandası, gümüş medala sahib çıxa bilmişdir. 1950–80-ci illəri Azərbaycan tennisinin ən uğurlu dövrü kimi qeyd eləmək olar.
Bulbophyllum leonii
Bulbophyllum leonii (lat. Bulbophyllum leonii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Con Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
Galium leonis
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Hiraqa Qennay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
I Leonid
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.