Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lenni Robinson
Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor, Merilend – 16 avqust 2015, Biq-Pul[d], Merilend) – ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır. 2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür. Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir. Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır. == Xeyriyyəçilik == Lenni Robinson xəstə uşaqları Betmen kimi ziyarət etməsinin səbəbi "Betmenin nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, həmişə sona qədər mübarizə apardığını" uşaqlara öyrətmək idi. O, uşaqları xəstəxanada ziyarət edərkən onlara Betmenlə bağlı əşyalar verirdi və verdiyi kitab, köynək, papağı Betmen kimi imzalayırdı. Onun ziyarət etdiyi xəstəxanalar arasında Sinay xəstəxanası, Corctaun Universitetinin xəstəxanası və Uşaqların Milli Tibb Mərkəzi var idi.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1135 – təq. 1201) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Çennay
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. == Toponimika == Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Leonia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır. Qardaşı ona kifayət qədər təhsil verə bilmişdi ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Levni
Levni (əsl adı Abdülcəlil Çələbi; XVII əsr, Ədirnə – 1732[…], Konstantinopol) — miniatür sənətçisi. == Həyatı == Levni Ədirnədə doğulmuşdur. Növşəhərli Paşa nəqqaş kimi Levnini saraya gətirmişdi. Yaradacı zəkasıyla sənətində yeni cığırlar açaraq, bu himayəyə layiq olduğunu isbat etmişdir. 1732-ci ildə vəfat etmiş və Otaqçılar məscidi yanındakı Sadilər Təkkəsində dəfn olunmuşdur.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Cenni
Cenni — ad. Cenni (müğənni) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. Cenni Longe — C. Vilyams təxəllüslü siyasi jurnalist Cenni Karezi — yunan teatr və kino aktrisası. Cenni fon Vestfalen — alman teatr tənqidçisi və siyasi aktivist; Cenni-Vanda Barkman — İkinci Dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi. == Həmçinin bax == Vilyam Le Bon Cenni — amerikalı memar Cenni Herhardt — Teodor Drayzerin romanı.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Hiraqa Qennay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
I Leonid
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
John Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. == Xarakteristika == Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmir Termoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin) Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. == Həyatı == Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Leonid Andreyev
Leonid Nikolayeviç Andreyev (rus. Леони́д Никола́евич Андре́ев) (9 (21) avqust 1871[…], Oryol[…] – 12 sentyabr 1919[…]) Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur. == Həyatı == Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi.
Leonid Aqranoviç
Leonid Aqranoviç (15 may 1915, Zmiyovka[d], Orlov quberniyası[d] – 15 mart 2011, Moskva) — ssenari müəllifi. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Leonid Azqaldyan
Leonid Rubenoviç Azqaldyan (erm. Լեոնիդ Ռուբենի Ազգալդյան; 22 noyabr 1942, Tbilisi – 21 iyun 1992, Təpəkənd, Ağdərə rayonu[d]) — SSRİ və Ermənistan fiziki, hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Dağlıq Qarabağ separatçılarının liderlərindən biri olmuşdur. == Həyatı == Leonid Rubenoviç Azqaldyan 22 noyabr 1942-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. O, Moskva Dövlət Universitetinin və İrəvan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, avtomatik idarəetmə sistemləri sahəsində çalışmışdır. Azqaldyan Qarabağ hərəkatının liderlərindən biri olmuş, 1990-cı ilin fevralından Ermənistanın və Qarabağın bir sıra rayonlarında hərbi birliklər təşkil etmiş və əməliyyatlar həyata keçirmişdir. O, 1991-ci ildə Ovsep Ovsepyanla birlikdə "Azadlıq Ordusu" hərbi təşkilatını yaratmışdır. == Mükafatlar == Leonid Azqaldyan ölümündən sonra I dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. O, ölümündən sonra, 31 avqust 2019-cu ildə "Artsax Qəhrəmanı" adına layiq görülmüş və "Qızıl qartal" ordeni ilə təltif edilmişdir. == İrsi == Ermənistanın paytaxtı İrəvan şəhərində onun büstü mövcuddur.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин; 29 iyun 1932, Xarkov – 29 noyabr 2016, Moskva) — Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L. M. Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.