Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Lesnoe
Yaşayış məntəqələri
Lesnoe gölü (Tatarıstan)
Lesnoe gölü —Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Kamsk-Ustinski rayonunda, Bolşie Klari kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 80 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,67 ha-dır. Orta dərinliyi 1 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 12000 m³dir. Yeraltı sularla qıdalanır.
Lesnoe gölü (Laişevski rayonu)
Lesnoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Lesnoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Bolşie Kabanı kəndindən 6,0 km şimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 470 metr, maksimal eni isə 100 metrdir. Su səthinin sahəsi 1,65 ha-dır. Orta dərinliyi 5 metr, maksimal dərinliyi 12 m təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 120 min m³-dir. Qıdalanması qarışıqdır. Yeraltı və yağış suları ilə qıdalanır.
Lesbos
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Aleksey Leonov
Aleksey Arxipoviç Leonov (rus. Алексей Архипович Леонов; 30 may 1934[…], Listvyanka[d], Qərbi Sibir vilayəti[d], RSFSR, SSRİ – 11 oktyabr 2019[…], , Moskva) — sovet kosmonavtı, açıq kosmosa çıxmış ilk insan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1965, 1975). == Həyatı == == Mükafat və adları == İkiqat Sovet İttifaqı Qəhrəmanı (1965, 1975); I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (29 may 2019); II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (22 may 2014); "Dostluq" ordeni (12 aprel 2011); SSRİ təyyarəçi-kosmonavtı (1966); 2 dəfə Lenin ordeni; BXR-in Sosialist Əməyi Qəhrəmanı (1965); Karl Marks ordeni (ADR, 1966); Vyetnam Əmək Qəhrəmanı (1966); Georgi Dmitrov ordeni, "Xidmətlərinə görə" ordeni (Ukrayna, 12 aprel 2011). == Biblioqrafiya == Леонов А., Лебедев В. Восприятие пространства и времени в космосе. — М.: Наука, 1968. — 114 с. Леонов А., Лебедев В. Психологические особенности деятельности космонавтов. — М.: Наука, 1971. — 255 с. Леонов А., Лебедев В. Психологические проблемы межпланетного полёта.
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
Con Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Demokrat Leonov
Demokrat Vladimir Leonov (1 aprel 1926, Bakı – 15 mart 1969, Damansk adası, Heyluntszyan) — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı. == Tərcümeyi-hal == Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır. == Damanskiy adasında sərhəd münaqişəsi == 15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir. == Yaddaş == Vladivostokda Demokrat Leonovun adına küçə var.
Emili Lesyor
Emili Lesyor (7 noyabr 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Emili Lesyor Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Emili Lesyor Olimpiadanın qalibi olub.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
John Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Leonid Leonov
Leonid Maksimoviç Leonov(rus. Леони́д Макси́мович Лео́нов; 7 (19) may 1899 və ya 31 may 1899, Moskva – 8 avqust 1994[…], Moskva)— rus yazıçısı. Sosialist Əməyi Qəhrəmanı (1967). == Həyatı == Leonid Maksimoviç Leonov 31 may 1899-cu ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdu. Leonid Leonov 1915-ci ildə Arxangelsk şəhərində "Северное утро" adlı qəzetdə çalışmışdı. 1918-ci ildə 3-cü Moskva gimnaziyasını gümüş medalla bitirmişdi. Sonra Moskva Universitetində oxumuşdu.1920-ci ildə könüllü olaraq orduya yazılmışdı. Leonid Leonov Qızıl Orduda xidmət etdikdən sonra, 1922-ci ildə Moskvada məskunlaşdı. Leonid Leonov təklif edirdi ki, təqvimi İsa peyğəmbərin milad günündən deyil, İ. V. Stalinin doğum günündən başlansın. Leonid Leonov Vanqanın möcüzəli uzaqgörənliyinə çox inandığına görə onunla tez-tez görüşür, məsləhətlər alırdı.
Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu. Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Leskov adası
Leskov adası (ing. Leskov Island) — elə də böyük olmayan, Atlantik okeanın cənubunda yerləşən, Cənubi Sandviç adaları qrupuna daxil olan. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Şəkil == Leskov adası Cənubi Georgiyadan 520 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə yerləşir. Vısoki adası və Zavadovski adası ilə birlikdə Taverse arxipelaqını əmələ gətirir. Adanın sahəsi 0,3 km²-dir. Ada vulkanik məşhəllidir. Cənubi Sandviç adaları adalarından bir çox xüsusiyyətləri ilə seçilir. Bu ada bir xətt üzərində yerləşmir.
Lesley Dali
Lesley Dali (d. 28 iyun 1966; Bedford, Birləşmiş Krallığ) — Avstraliyanı təmsil edən batut gimnastı. Lesley Dali, 2004-cü ildə Avstraliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lesley Dali, 2004-cü ildə Avstraliya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Dali, 58.90 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Lesley Hazleton
Lesley Hazleton (20 sentyabr 1945, Ridinq) — Britaniya yazıçısıdır və onun yazıları əsasən din və siyasət arasında olan əlaqələr ve kəsişmə haqqındadır. == Bioqrafiyası və kariyerası == Hazleton Yerusəlimden The New York Times üçün reportaj hazırlayıb və Orta Şərq haqqında The New York Times, The New York Review of Books, Harper's, The Nation və The New Republic kimi qəzetlərdə məqalələr yazıb. İngiltərədə doğulub, daha sonra isə 1966-cı ildən 1979-cu ilə kimi Yerusəlimdə və 1979-cu ildən 1992-ci ilə kimi New York şəhərində məskunlaşmışdır. Daha sonra o, Seattle-a köçür və Amerika vətəndaşlığını əldə edir. Onun pisxologiya sahəsində iki elmi dərəcəsi var (B.A. Manchester University, M.A. Hebrew University of Jerusalem) . Hazleton özünü agnostik yəhudi kimi qələmə verir və qeyd edir ki, kainatdakı hər şey pardoksdur. Əlavə olaraq, biryönümlü düşünmənin təhlükəli olduğunu vurğulayır. 2010-cu il aprelin 10-da din, siyasət və varoluş məsələlərinə aqnostik baxış mövzusu ətrafında Təsadüfi İlahıyyatçı bloqunu təşkil edir 2011-ci ilin sentyabr ayında ədəbiyyat sahəsində The Stranger's Genius mükafatına layiq görülür . Onun axırıncı kitabı, Agnostik: Canlı Manifest əsəri 2016-cı ilin ən dəyərli kitablarından olur , və New York Times tərəfindən çox yüksək qiymətləndirilir. == Kitabları == Agnostic: A Spirited Manifesto 2016 (New York Times Editors' Choice) The First Muslim: The Story of Muhammad (New York Times Editors' Choice) After the Prophet: The Epic Story of the Shia-Sunni Split (Finalist: 2010 PEN-USA book award.) Jezebel: The Untold Story of the Bible's Harlot Queen (Finalist: 2008 Washington Book Award.) Mary: A Flesh-and-Blood Biography (Winner: 2005 Washington Book Award.) Jerusalem, Jerusalem: A Memoir of War and Peace, Passion and Politics (Winner: 1987 American Jewish Committee/Present Tense Book Award).
Lesnaya döyüşü
== Giriş == 1713-cü ildə I Pyotr Rusiyanın paytaxtını Moskvadan Nevanın sahillərinə köçürdü. Rus ordusu Baltikyanı ərazilərdə irəliləyərək keçmiş rus şəhərləri Yam və Koporyeni İsveç qoşunlarından təmizlədi. Polşada Varşava və Krakovu da ələ keçirən XII Karl II Avqustu sülh bağlamağa məcbur etdi, barışığın şərtlərinə əsasən, II Avqust Polşa taxtını itirərək yanız Saksoniyanı öz əlində saxladı. I Pyotr Rusiyanın sərhədlərinə yaxınlaşan XII Karlın ordusu ilə əsas döyüşə girməyərək düşməni yorub taqətdən salmaq məqsədilə ölkənin içərilərinə çəkilməyə başlayaraq belorus Polesyesində möhkəmləndi. == Döyüşün gedişi == 1708-ci il sentyabrın 28-də Lesnya kəndi yaxınlığında Pyotr 11500 nəfərlik süvari qoşunu ilə XII Karla silah-sursat, ərzaq gətirərək general Levenqaupt başda olmaqla 16 minlik İsveç qoşunu qarşıladı. Bir neçə saat davam edən döyüşdən pərən-pərən düşən İsveç əsgərlərindən yalnız yeddi min nəfərə yaxını əsas ordu ilə birləşə bildi. I Pyotr Lesnya altındakı qələbəni "Poltava döyüşünün anası" adlandırmışdır. == Nəticə == Rus ordusu Lesnya kəndi yaxınlığında isveç qoşununu tam məğlubiyyətə düçar etdi və bu döyüş sonrakı il baş verən Poltava (1709) döyüşünə əsaslı şəkildə təsir etdi.
Lesnya döyüşü
== Giriş == 1713-cü ildə I Pyotr Rusiyanın paytaxtını Moskvadan Nevanın sahillərinə köçürdü. Rus ordusu Baltikyanı ərazilərdə irəliləyərək keçmiş rus şəhərləri Yam və Koporyeni İsveç qoşunlarından təmizlədi. Polşada Varşava və Krakovu da ələ keçirən XII Karl II Avqustu sülh bağlamağa məcbur etdi, barışığın şərtlərinə əsasən, II Avqust Polşa taxtını itirərək yanız Saksoniyanı öz əlində saxladı. I Pyotr Rusiyanın sərhədlərinə yaxınlaşan XII Karlın ordusu ilə əsas döyüşə girməyərək düşməni yorub taqətdən salmaq məqsədilə ölkənin içərilərinə çəkilməyə başlayaraq belorus Polesyesində möhkəmləndi. == Döyüşün gedişi == 1708-ci il sentyabrın 28-də Lesnya kəndi yaxınlığında Pyotr 11500 nəfərlik süvari qoşunu ilə XII Karla silah-sursat, ərzaq gətirərək general Levenqaupt başda olmaqla 16 minlik İsveç qoşunu qarşıladı. Bir neçə saat davam edən döyüşdən pərən-pərən düşən İsveç əsgərlərindən yalnız yeddi min nəfərə yaxını əsas ordu ilə birləşə bildi. I Pyotr Lesnya altındakı qələbəni "Poltava döyüşünün anası" adlandırmışdır. == Nəticə == Rus ordusu Lesnya kəndi yaxınlığında isveç qoşununu tam məğlubiyyətə düçar etdi və bu döyüş sonrakı il baş verən Poltava (1709) döyüşünə əsaslı şəkildə təsir etdi.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. == Relyef == Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.
Sintiya Lennon
Sintiya Lennon (ing. Cynthia Lennon), doğularkən Sintiya Pauell Lennon (ing. Cynthia Powell Lennon); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub. Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.