Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lesovski burnu
Lesovski burnu (esk. Агнык) — Çukot yarımadasının şərqində, Berinq dənizinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Provideniya buxtasının qərb çıxacağında yerləşir. Materikə ensiz bərzəklə birləşir. Şimaldan isə Qlubokoye gölünün akvatoriyası ilə hüdudlanır. Yaxınlıqda iki naviqasiya mayakı və keçmiş hidrometeostansiyanın binası yerləşir. Burun 1876-cı ildə Rusiya Sakit okean hərbi-dəniz qüvvələrinin kamandanı Stepan Lesovskinin şərəfinə adlandırılmışdır. Eskimosca adı - Агнык - «gün». Qayalarda yuva quran quşlar: Ağılsız, Berinq qarabatdağı, Sakit okean kütdimdiyi, Sakit okean təmizçisi.
Böyük Lebovski
Böyük Lebovski (ing. The Big Lebowski) — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib. Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna baxmayaraq tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı.
Böyük Lebovski (film, 1998)
Böyük Lebovski (ing. The Big Lebowski) — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib. == Məzmun == Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna baxmayaraq tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı.