Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lesovski burnu
Lesovski burnu (esk. Агнык) — Çukot yarımadasının şərqində, Berinq dənizinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Provideniya buxtasının qərb çıxacağında yerləşir. Materikə ensiz bərzəklə birləşir. Şimaldan isə Qlubokoye gölünün akvatoriyası ilə hüdudlanır. Yaxınlıqda iki naviqasiya mayakı və keçmiş hidrometeostansiyanın binası yerləşir. Burun 1876-cı ildə Rusiya Sakit okean hərbi-dəniz qüvvələrinin kamandanı Stepan Lesovskinin şərəfinə adlandırılmışdır. Eskimosca adı - Агнык - «gün». Qayalarda yuva quran quşlar: Ağılsız, Berinq qarabatdağı, Sakit okean kütdimdiyi, Sakit okean təmizçisi.
Böyük Lebovski
Böyük Lebowski ( /ləˈbaʊski/ ) Joel və Ethan Coenqardaşları tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Jeff Bridges, John Goodman, Julianne Moore, Steve Buscemi, John Turturro, Philip Seymour Hoffman və David Huddlestonun oynadığı bu kara parodiyanın kinematoqrafiyası Roger Deakinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Coen qardaşları ilə işləyən Carter Burwell bəstələyib. Hər şey Los Ancelesdən eyni adlı milyonçunun işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowski (Jeff Bridges) səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna rəğmən tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı. Filmin fanatları hətta 2002 -ci ildən bəri "Lebovski Festivalı" təşkil etməyə başladılar.
Böyük Lebovski (film, 1998)