Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Letisiya
Letisiya (isp. Leticia) — şəhər, Kolumbiyanın cənubunda (ölkənin ən cənub nöqtəsində) yerləşən şəhərin əsası 1867-ci ildə qoyulmuşdur. == İqlimi == İqlimi isti və çox nəmli. Orta temperatur 28 °C təşkil edir. == Coğrafi sərhədləri == Letisiya, Kolumbiyanın ən cənubunda Amazonun sol sahilində yerləşir. Şimalda Tarapaka, şərqdə Tabatinqa şəhəri (Braziliya), cənubda Santa Rosa de Yavari və qərbdə isə Puerto Narino ilə məhdudlaşır. == Əhalisi == Sakinlərinin bir çoxu yerli, ancaq müxtəlif qruplarda xalqlarada rast gəlmək mümkündür. Ən çox diqqət çəkənlər arasında: Huitotos Yaquas Tukanos Tikunas Kamlar İnqas Şəhərin yerli əhalisinin əksəriyyətinə sahib olmasına baxmayaraq, Letisiya əhalisi iş, biznes və ya turizm üçün imkanlar axtaran Kolumbiyanın daxili əhalisinə də sahibdir.
Levaşi
Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Levaşi kəndi Mahaçqaladan 95 km cənub-qərbdə, Qalaqork çayının yatağında (Paraulozen çayının hövzəsi), 1222 metr yüksəklikdə, Buynaks dəmiryolu stansiyasından 67 km cənub-şərqdə yerləşir. Yolların qovşağındadır. == Kəndin tarixi == Kənd XVII əsrdə salınmışdır. İlk əvvəllər Levaşı kəndi bir yüksəklikdə yerləşirdi. Yerli əhali bu zirvəni «Kyak» adlandırır (təpə mənasını verir). Kəndlərin mənşəyi haqqında müxtəlif fərziyyələr vardır.
Ətasi
Ətasi (ərəb. أتاسي‎) — soyad.
Klaudiya Letisiya
Levaşi rayonu
Levaşi rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 830 km², inzibati mərkəzi Levaşi kəndidir. == Əhalisi == Rayonun əhalisi 74.044 nəfərdir (2015-ci il).
Litva litası
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Letisiya Kristian Tayler
Letisiya Kristian Tayler (ing. Letitia Christian Tyler, 12 noyabr 1790 – 10 sentyabr 1842, Ağ Ev) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı.
Letisiya Ortiz Rocasolano
Letisiya Ortiz Rocasolano (15 sentyabr 1972, Oviedo[d]) — İspaniya kraliçası. == Həyatı == Letisiya 15 sentybar 1972-ci ildə Austriasda anadan olub. Əvvəl jurnalist və aparıcı kimi fəaliyyət göstərib. 1998-ci ildə Allondi Guerrero Perez ilə evlənib. Lakin 1999-cu ildə boşandıqdan sonra Austrias şəhzadəsi Flipp ilə evləndi. İkici dəfə evləndiyinə görə kral ailəsinə qəbul olunmaq onun üçün asan olmadı və kral nəslindən gəlmədiyi üçün Avropada sensasiya yaratdı. Letisiya evləndikdən sonra şəhazdə elan olundu. İki qızı var. İlk övladı Şəhazdə Leonor 2005-də və ikici qızı İnfanta Sofía 2007-ci ilə anadan oldu. 19 iyun 2014-cü ildə bugünə kimi İspaniya kraliçasıdır.
Lutsiy Anney Seneka
Lusi Anney Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoik-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Sofian Ben Letaif
Sofian Ben Letaif (19 oktyabr 1966) — Tunisi təmsil edən stolüstü tennisçi. == Karyerası == Sofian Ben Letaif Tunisi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub.
“Bir vahid” xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.
"Bir vahid" xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Lüəyy əl-Ətasi
Lüəyy əl-Ətasi (ərəb. لؤيّ الأتاسي‎ Luʾayy al-ʾAtāsī; 1926, Homs – 24 noyabr 2003, Homs) — Suriya hərbçisi, 1963-cü ilin mart ayının 9-dən iyul ayının 27-ə qədər Suriya prezidenti.
Nurəddin əl-Ətasi
Nurəddin əl-Ətasi (ərəb. نور الدّين الأتاسي‎ Nūr ad-Dīn al-ʾAtāsī; 1929[…], Homs – 2 dekabr 1992[…], Nöyi-sür-Sen[…]) — 1966-cı ilin fevralından 1970-ci ilin noyabrına qədər Suriya prezidenti.