Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Litovski yarımadası
Çuvaş yarımadası — Krım yarımadasının şimalında yerləşən yarımada. İnzivati cəhətdən Krasnoperekoski rayonu ərazisinə daxildir. Sivaş körfəzi daxilinə uzanır. == Coğrafiyası == Maksimal hündürlü 15 metrdir. Şərq sahilləri 10 metr hündürlüyə malikdir. Qərbi sahilləri düzəndir. Cənub sahillərini Filatovskaya Zasuxa körfəzi yuyur. Yarımadada yaşayış məntəqəsi yoxdur.
Liptovski Mikulaş
Liptovski Mikulaş (slovak. Liptovský (Svätý) Mikuláš, alm. Liptau-Sankt-Nikolaus‎, mac. Liptószentmiklós, bəzən rus. Липтовский Святой Николай) — Slovakiyanın şimalında şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 33 min nəfərdir. Şəhər Vaq çayının sahilində, Qərbi və Aşağı Tatra dağlarının arasında yerləşir.
Dmitriyev-Lqovskiy
Dmitriyev-Lqovskiy — Rusiya Federasiyasında yerləşən şəhər, Kursk vilayətinə daxildir.
Brest-Litovsk müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest-Litovsk sülh müqaviləsi

Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.