Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu.2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.2008-ci ildə Muşitsa Priştina klubunun tərkibində Kosovo çempionu oldu, ardından Kosovonun Djakovitsa şəhərindən olan Velaznimi klubuna keçdi. 2010-cu ildə Mushitsa Makedoniyanın Renova klubuna transfer olundu.
Luştisa yarımadası
Luştisa (mont. Luštica, serb. Луштица) — Adriatik dənizinə daxil olan Kotor körfəzində, Monteneqro qərbində qərarlaşan yarımada. Maksimal hündürlüyü 582 m olan Obosnik dağıdır (mont. Obosnik / Обосник). == Coğrafiyası == Yarımada Adriatik dənizi ilə Tivat körfəzi arasında qərarlaşır. Yarımadada yerləşən meşəliklərdə çöl donuzu, manqust, Çaqqal, quşlardan Çay qaraquşu və bülbül yayılmışdır. Meşəliklərdə avropa zeytunu üstünlük təşkil edir. Burada bir necə iri yaşayış məntəqəsi vardır ki, onların da ən böyüyü Kraşiçidir. == Tarixi == Tarixi boyu yarımada böyük əhəmiyyət kəsb etmişdir.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Lilita Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Limits (mahnı)
Limits (azərb. Hüdudlar‎) — Avstriyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Paenda "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir.Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q. u.
Religio licita
Religio licita ("icazə verilmiş din", həmçinin "təsdiq edilmiş din" kimi tərcümə olunur) Rome imperiyasında yəhudilərin xüsusi statusunu təsvir etmək üçün Tertullianın "Apologetik risalə" əsərində istifadə etdiyi ifadə.Tertullian bu ifadədən istifadə edərkən xristianlara imperiyanın hər hansı digər sakinləri kimi öz dinlərinə etiqad etmək üçün eyni dərəcədə azadlıq verilməli olduğunu müdafiə edir. Əsərin bundan bəhs edən hissəsi Roma din sistemində təmin ediən ümumi tolerantlığın sübutudur.
Lista burnu
Lista burnu — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Riqqs zirvəsinin qolunu əmələ gətirir.Burunun adı Argentina tərəfindən verilmişdir. == Yerləşməsi == Burun Qarmen burnundan 4.26 km cənub-qərbdə, Batak burnundan 2.54 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
VG-lista
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.