Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baccharis longii
Baccharis longii (lat. Baccharis longii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bonnie Tyler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Conney Duarte
Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Loniya bərqvuranı
Lqotnıy burnu
Lqotnıy burnu (rus. Льготный ) — Rusiyanın Xabarovsk diyarı ərazisində yerləşən burun. Sahillərini Oxot dənizinin suları yuyur. Yaxınlığında yerləşən şəhərlər: Maqadan, Asaxikava, Sayari.
Otvil-Lonnes
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Loknin (şəhərcik)
Loknin (ing. Lộc Ninh) — Vyetnamda şəhərcik, Binfıok vilayətinin Loknin rayonunun inzibati mərkəzi. Vyetnam müharibəsi zamanı burada 1967-ci ildə birinci dəfə, 1972-ci ildə ikinci dəfə döyüş baş tutmuşdur. Loknin Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin 1969-cu ildə yarandığı andan 1975-ci ildə Sayqonun süqutuna qədər onun qərargahı kimi xidmət etmişdir.
Destroy Lonely
Destroy Lonely (Bobby Wardell Sandimanie III; 30 iyul 2001, Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Atlantadan olan repçinin 2023-cü ildə buraxdığı debüt albomu “If Looks Could Kill” Billboard 200 çartının 18-ci pilləsinə yüksəlmişdir. Onun keçən il buraxdığı beşinci miksteypi “No Stylist” həmin çartın 91-ci sırasında qərarlaşmışdı, bu repçinin çarta ilk girişi idi. Destroy Lonely 2021-ci ilin əvvəllərində repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblına qoşulub. O, tez-tez Atlantalı leybl yoldaşı repçi Ken Carson ilə əməkdaşlıq edir.
Bonni Hant
Bonnie Lynn Hunt (22 sentyabr 1961[…], Çikaqo, İllinoys) — Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır. Bob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir. 1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi. 1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir.
Conni Briseno
Xuan Antonio "Conni" Brisenyo (ing. Juan Antonio "Johnny" Briceño; 17 iyul 1960, Orandj Uolk[d]) — 12 noyabr 2020-ci ildən etibarən Belizin beşinci və indiki Baş naziri və 2016-cı ildən Birləşmiş Xalq Partiyasının lideri olan Beliz siyasətçisi. Brisenyo 17 iyul 1960-cı ildə Orandj Uolkda anadan olub. Atası Elixio Brisenyo 1980-ci illərdə dövlət naziri idi, lakin 1985-ci ildə ittihamda iştirak edən qardaşı və qardaşı oğlunun adları ilə birgə ABŞ-a marixuana və kokain gətirməkdə günahlandırıldı. Brisenyo 1978-ci ildə Muffles Kollecindən məzun oldu. 1980-ci ildə Müqəddəs İohann Kollecindən və 1985-ci ildə Ostin Texas Universitetindən bakalavr dərəcəsi almışdır. 1990-cı ildə Brisenyo və qardaşı Ceyms daha sonra internet, TV xəbərləri və radio xidmətləri təminatçısı olan kabel televiziya provayderi "Centaur Communications"-ı qurdular. Brisenyo və həyat yoldaşı Rossananın üç oğlu var. 24 noyabr 2020-ci ildə Baş nazir vəzifəsinə başlamasından iki həftə sonra COVID-19 diaqnozu qoyulduğunu və vəziyyətinin yaxşı olduğunu bildirdi. Brisenyo ilk dəfə 1993-cü ildə Orandj Uolk seçki dairəsindən Beliz Nümayəndələr Palatasına seçildi və 1994-cü ildə Orandj Uolk Şəhər Şurasına seçilmək üçün namizəd oldu.
Conni Depp
Con Kristofer "Conni" Depp II (ing. John Christopher «Johnny» Depp II; 9 iyun 1963[…], Ouensboro[d], Kentukki) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə baxmayaraq,hələ də "Oskar" mükafatını qazana bilməyib. Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi.
Conni Hollidey
Jan-Filip Lo Smet, ya da səhnə adı ilə Conni Hollidey (15 iyun 1943[…], IX arondisman (Paris), Fransa – 5 dekabr 2017, Marn-la-Kokett[d], Fransa) — Fransız rok musiqi bəstəkarı, söz müəllifi, analitik və aktyordur. Xüsusilə Fransanın Elvis Preslisi deyə də adlandırılır. Dünyaca tanınmış, Rok və Rok-n-roll musiqi müğənnisidir.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Conni Keş
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Conni Loqan
Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) - və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (1980 və 1987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur. Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır.
Conni Noksvil
Conni Noksvil kimi tanınan Philip John "PJ" Clapp (11 mart 1971, Noksvill, Tennessi) — MTV serialı olan Jackass serialının yaradıcısı kimi tanınan Amerikalı komediyaçı, aktyor və prodüserdir.
Conni Sins
Conni Sins (ing. Johnny Sins) təxəllüsü ilə tanınan Stiven Volf (ing. Steven Wolfe, 31 dekabr 1978, Pitsburq, Pensilvaniya) — Amerikalı pornoaktyor, prodüser və youtuber. Keçəl başı və əzələli bədəni ilə məşhur olan Conni Sins mütəmadi olaraq axtarışlarda ən populyar aktyorlardan biridir. İlin Kişi Aktyoru AVN mükafatına iki nominasiya da daxil olmaqla, işlərinə görə çoxsaylı təltif almışdır. Stiven Volf (ing. Steven Wolfe) 31 dekabr 1978-ci ildə ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olmuşdur. Kollecdən məzun olduqdan sonra həftədə altı gün tikintidə işləmişdir. 2006-cı ildə, 28 yaşında pornoaktyor olmaq üçün Los-Ancelesə köçdü. Pornhub kosmosda ilk porno filmi çəkmək üçün 10 iyun 2015-ci ildə Indiegogo vasitəsilə bir kraudfandinq kampaniyasına başladı.
Donni Montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.
Donni Yen
Donni Yen (çin. 甄子丹, ing. Donnie Yen, 27 iyul 1963, Quançjou) — Honkonq aktyoru, döyüş sənəti ustası, rejissor, prodüser və hərəkət xeoqrafı. Yen Honkonq film ulduzlarından biridir. Yen Tai Çi, Boks, Kikboksinq, Citkundo, Hapkido, Taekvondo, Karate, Muay Tay, Güləş, Cüdo, Vin Çun və uşu sahələrini yaxşı bilir və bir sıra döyüş sənətlərində bacarıq nümayiş etdirdir. 2000-ci illərin əvvəllərində Asiyanın ən populyar film ulduzlarından biri olan Yen davamlı olaraq Asiyanın ən çox qazanan aktyorlarından biri olub. Yen 2013-cü ildə dörd filmdən və altı reklamdan 220 milyon Honkonq dolları (28.4 milyon ABŞ dolları) qazandı. Yen, Çində Vin Çun-un populyarlaşmasına töhfə verdiyinə görə bir çoxları tərəfindən qiymətləndirilir. O, kassa uğuru qazanan İp Man filmində Vin Çun İp Man rolunu oynayır. Bu Çin qanadında və Asiyanın digər bölgələrində yüzlərlə yeni Vin Çun məktəblərinin açılmasına səbəb oldu.
Donny montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.