Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mazoxizm
Mazoxizm (alm. Masochismus‎) — alçaldılma, zorakılıq və ya işgəncədən həzz almaq meyli. Bu xarakter xüsusiyyəti və ya davranış deviasiyası ola bilər. Termini alman psixiatr və nevroloq Rixard fon Kraft-Ebinq 1886-cı ildə yazdığı "Cinsi psixopatiya" (Psychopathia sexualis) adlı monoqrafiyasında təqdim etmiş və romanlarında və qısa hekayələrində bu cür meylləri təsvir edən yazıçı Leopold fon Zaxer-Mazoxun şərəfinə adlandırmışdır. == Seksual mazoxizm == Seksual mazoxizm həyəcan və həzz alma vasitələrinin partnyorun çəkdiyi əziyyət olduğu cinsi davranış formasıdır. Bu zaman insan cinsi hisslər və motivlər əsasında başqa bir insanın iradəsi ilə əsarət altına düşmək istəyir, bu adamın onunla qul kimi davranmasını, onu hər cür alçaltmasını və rəftar etməsini istəyir. Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) son nəşrində "cinsi mazoxizm pozğunluğu" Kod 302.83 (F65.51) kimi qeyd olunur. Bu diaqnoz istək, davranış və fantaziyalarda təzahür edən alçaldılma və ya döyülmə aktından ən azı 6 ay ərzində təkrarlanan və intensiv cinsi oyanma tələb edir. Bununla belə, cinsi istəklər, davranışlar və ya fantaziyalar sosial, peşə və ya digər mühüm fəaliyyət sahələrində klinik cəhətdən əhəmiyyətli pozulmalara səbəb olmalıdır. == Mazoxizm və şəxsiyyət pozğunluğu == Mazoxist psixiatrlar tərəfindən tibbi təsnifata daxil edilmək üçün təklif edilmişdir, lakin hazırda həm Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatında, həm də Xəstəliklərin Beynəlxalq Təsnifatında yoxdur.
Mazdaizm
Mazdaizm — e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanıstanda, Orta Asiyada yaranmış dinlərin geniş yayılmış adı. Ulu tanrı Ahura Mazdanın adından yaranmışdır. Bu dinlərə zərdüştilik, manixeizm və zurvanizm kimi dinlər aiddir. Mazdaizmin bir çox elementi zərdüştçülük tərəfindən mənimsənilmiş və ənənəvi olaraq Zərdüşt tərəfindən Avesta vasitəsilə təbliğ edilmişdir.
Maoizm
Maoçuluq və ya maoizm — adını Mao Tszedundan alan, kapitalizmin Avropadakı kimi bir inkişaf seyri izlemediği Uzaq Şərq cəmiyyətlərinə xas Marksizmin praktikası olaraq ifadə edilə bilər. Maoizm, Marksizm-Leninizm siyasət elminin 3. keyfiyyət mərhələsidir və çöllərdə şəhərləri əhatə edərək proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə , müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi vardır. Asiya tipi istehsal tərzi olaraq ifadə edilən və Şərq cəmiyyətlərinə xas olan bu vəziyyət Avrupa'dakinden fərqli bir mülkiyyət quruluşlanmasının bir nəticəsidir. Avropada torpaq sahibi Lordlar olduqları bölgədə Kralın səlahiyyətlərini paylaşar öz bölgələrində müstəqil hərəkət edərkən Asiya cəmiyyətlərində belə bir vəziyyət görülməz , mərkəzi avtoritet güclü quruluşunu davam etdirə bilmək üçün torpağı bəzi kəslərə mülk olaraq devretmez , ancaq torpağın istifadə haqqını bəzi şərtlər altında təhvil verər . Beləcə ölkə torpaqlarının hamısı dövlətə ya da eyni mənanı gəlmək üzrə mərkəzi nüfuza asılıdır. Belə bir mülkiyyət quruluşlanmasının nəticəsi olaraq Asiya cəmiyyətlərinin istehsal quruluşu Avropadakı istehsal yapısınından farklılaşmıştır Mao bu ikili quruluş içərisində Marksizmin həyata keçirilməsi və sosialist iqtidarın qurula bilməsi üçün Asiya cəmiyyətlərinə fərqli bir təşkilatlanma tətbiq etmişdir. Mao dövründə Çin əhalisinin əhəmiyyətli bir hissəsi köylüydü . İşçi sinfi isə bir neçə böyük şəhərdə çox məhdud sayda mövcud idi.