Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makintoş
Makintoş (ing. McIntosh) — Kanadanın milli alması hesab edilən alma növü. Meyvəsinin qabığı qırmızı və yaşıl rəngdə, içi şirəli, dadı isə turş olur. Sentyabrın sonlarında yetişmiş vəziyyətə gəlir. 20-ci əsrdə bu alma Şərqi Kanada və Yeni İngiltərədə ən yaxşı seçim olmuşdur. Çox yönlü olması ilə bilinir, həm bişirmək, həm də çiy yemək üçün istifadə edilə bilər. Apple şirkətinin əməkdaşı Cef Raskin Mac kompüter ailəsini bu alma növünə görə adlandırıb. 1811-ci ildə Con Makintoş adlı bir fermer Yuxarı Kanadadakı fermasında böyüyən kiçik bir alma ağacı kəşf etmişdi. O, həyat yoldaşı ilə birlikdə bu alma ağacına qulluq edir, budaqlar yapışdıraraq daha çox ağac yetişdirirdi. 1835-ci ildə yetişdirdikləri almaları satmağa başlamışdılar.
Makintoş (geyim)
Makintoş (ing. mackintosh) — Kəmərsiz və toqqasız su keçirməyən təkdüyməli plaş. == Ümumi məlumat == Makintoş adı 1823-cü ildə təsadüfən sukeçirməyən parça ixtira edən şotland kimyaçı Çarlz Makintoşun soyadınan götürülüb: o, kauçuk qarışığı ərintisi ilə paltarının qolunu ləkələdi və bir müddət sonra görür ki, qolu su keçirmir. Bir il sonra Makintoş su keçirməyən plaşların istehsalı üzrə firma açır. 30 il sonra plaşlar daha nazik, yüngül olur və daha rezin iyi vermir.
Çarlz Renni Makintoş
Çarlz Renni Makintoş (ing. Charles Rennie Mackintosh; 7 iyun 1868-10 dekabr 1928)— Şotland memarı, rəssamı, dizayneri. Çarlz Renni Makintoş 7 iyun 1868-ci ildə Qlazqoda doğulub. Hələ uşaq ikən Çarlz səs-küylü məclislərdən uzaq olmuşdur. O ayaq xəstəliyindən əziyyət çəkirdi və bu uşağı oturaq həyat tərzinə məcbur edirdi. Çarlz bağ güllərinə həsr olunmuş “Herbarium” adlı çoxsaylı rəsmlər silsiləsi yaratmışdır. Uşaqlıqda gördüyü güllərlə zamanla yaratdığı interyerləri bəzədi. İlk peşə təhsilini Makintoş Qlazqodakı A. Qlenin İncəsənət məktəbində almışdır. 1885-ci ildən 1892-ci ilədək Çarlz F. Nyuberidən memarlıq dərsləri almış və memar C. Hatçensonun yanında praktika keçmişdir. 1889-cu ildə Makintoş “Honiman və Keppi” şirkətində çertyojçu olur.
Macintosh
Macintosh və ya qısacası Mac — Apple şirkətinin hazırladığı fərdi kompüter ailəsi. Şimali Amerikada məşhur alma növü olan Makintoşun adını daşıyır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Arakintos
Arakintos (lat. Aracynthus, yun. Αράκυνθος) — Yunanıstanda, Etoliyada yerləşən dağ silsiləsi. Silsiləsi Qərbi Yunanıstanın periferiyasında Etoliya və Akarnaniya periferik vahidindədir. Ən yüksək zirvəsi Qreveno ( Γρεβενό ) dəniz səviyyəsindən 983 m hündürlükdədir.
Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.
Macintosh (Mac)
Macintosh və ya qısacası Mac — Apple şirkətinin hazırladığı fərdi kompüter ailəsi. Şimali Amerikada məşhur alma növü olan Makintoşun adını daşıyır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Markinyos Trad
Marcos Marcello Trad (28 avqust 1964, Kampu-Qrandi) — braziliyalı siyasətçi və hüquqşünasdır, 2017-2022-ci illərdə Campo Grande şəhərinin meri olub. Hüquqşünasdır, Rio de Janeyro Federal Universitetini (UFRJ) bitirib. O, siyasətə 2004-cü ildə müşavir kimi başlayıb. O, 2006-cı ildə birinci müddətə dövlət deputatı seçilməzdən əvvəl, 2010 və 2014-cü illərdə yenidən seçilmədən əvvəl bələdiyyənin torpaq məsələləri üzrə katibi olub. 2016-cı ildə o, 241 876 etibarlı səslə ilk müddətə Campo Grande meri seçildi. Bir hüquqşünas kimi o, Braziliya Vəkillər Kollegiyasının Mato Grosso do Sul bölməsinin müşavir kimi üzvü, sonra Etika və İntizam Komitəsinə sədrlik edib. Dövlət İdman Ədalət Məhkəməsinə (TJD-MS) qoşuldu və ona rəhbərlik etdi. 2022-ci ilin yanvarında 2022 -ci il əyalət seçkilərində Mato Qrosso do Sul hökumətinə namizədlik elan edildi. Keçmiş federal deputat Nelson Trad və Terezinha Mandetta'nın oğlu, Campo Grande'nin keçmiş meri Nelson Trad Filho'nun qardaşı və keçmiş federal deputat Fabio Trad ; Rio de Janeyro Federal Universitetinin (UFRJ) Hüquq fakültəsini bitirmişdir. 2002-ci ilin dekabrında Tatyana Trad ilə evləndi və onunla Mariana və Alice Trad adlı iki qızı dünyaya gəldi.
Gevin Makinnes
Qevin Mils Makaynnis (ing. Gavin McInnes; 17 iyul 1970) — aktyor, "Oskar" mükafatı laureatı.
Nanno Marinatos
Uraniya Marinatos, daha çox Nanno Marinatos kimi tanınır — yunanıstanəsilli ABŞ arxeoloqu, Minos dini və ikonoqrafiyası üzrə mütəxəssis. Məşhur Minos arxeoloqu Spiridon Marinatosun qızıdır. O, ABŞ-də klassik tarix və arxeologiya üzrə təhsil almış, 1978-ci ildə Kolorado Boulder Universitetini bitirmişdir. O, Ohayodakı Oberlin Kollecində və Kolorado Boulder Universitetində klassik antik dövr və arxeologiyadan dərs demişdir. Hal-hazırda Çikaqoda İllinoys Universitetində professordur. Onun əsas maraqları antik və tunc dövründə dinlərin tarixi, xüsusən də Minoy dininin hakim siniflərin davranışına təsiri, eləcə də ümumilikdə dini kultlarla bağlıdır.
Spiridon Marinatos
Spiridon Nikolaou Marinatos (yun. Σπυρίδων Νικολάου Μαρινάτος; 4 noyabr 1901, Liksurion[d] – 1 oktyabr 1974[…], Santorini, Cənubi Egey adaları) — Yunanıstan arxeoloqu. == Həyatı == 1939-cu ildə Britaniya elmi jurnallarından birində o, Minoy sivilizasiyasının tənəzzülü və ölümünün səbəblərini fərz etdiyi "Minoy Kritinin vulkanik məhvi" adlı məqalə dərc etmişdir. Onun sözlərinə görə, Krit sarayları və yaşayış məntəqələri Tira adasında Santorini vulkanının püskürməsindən və sonrakı zəlzələdən sonra yaranan güclü sunami nəticəsində dağılmışdır. Nəticələri yerə düşən külli miqdarda vulkanik külü daha da ağırlaşdırmışdır. Daha sonra püskürmələr təkrarlanmış və sonuncusu, nəhayət, Minoy mədəniyyətini məhv etmişdir. Spiridon Marinatosun ən əhəmiyyətli əsərləri: "Krit və Mikena" (1959), "Qədim Teranın həyatı və sənəti" (1972). Qızı Uraniya (Nanno) Marinatos həm də Minoy dini və ikonoqrafiyasının öyrənilməsi üzrə ixtisaslaşmış arxeoloqdur.
Eupatorium makinoi
Eupatorium chinense (lat. Eupatorium chinense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Senecio makinoi
Senecio makinoi (lat. Senecio makinoi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Mintos FK
«Mintos» — Rostov vilayəti Novoçerkassk şəhərində fəaliyyət göstərən futbol klubu. 2009-cu ilə qədər həvəskarlar və regional layihələrdə iştirak edirdi. 2009-cu ildə HFL «Cənub» zonasında birinci yeri tutaraq yuxarı pilləyə qalxmışdır. 2010-cu ildə Futbol üzrə İkinci divizyonun «Cənub» zonası qəbul edilmişdir. Mintos FK peşəkar klub olaraq ilk oyununu 2008-ci ildə Rostov vilayət liqasında keçirmişdir. Klub bir oyunu məğlub olmadan Liqanın finalına yüksəlmişdir. Son nəticə olaraq birinci yeri tutan klubdan yalnız bir xal geri qalaraq ikinci yeri tutur. Mintos 2009-cu ildə HFL «Cənub» zonasında iştirak etmişdir. Futbol üzrə Rusiya Kubokunun bir necə mərhələsini keçərək 1/32 finala qədər irəliləyə bilmişdir. Bu mərhələdı Belqorodu təmsil edən SalyutFK məğlub olmuşdur.
Tomitaro Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.
Tomoaki Makino
Tomoaki Makino (d. 11 may 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 2 qol vurub.
Şozo Makino (rejissor)
Şozo Makino (牧野省三, Makino Şozo, 22 sentyabr 1878, Kioto – 25 iyul 1929) – Yaponiya film rejissoru və prodüseri. "Yaponiya kinosunun atası" hesab olunur. Şozo Makino 1878-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Makino anasına məxsus olan Senbonza teatrının meneceri olduğu dövrdə Nikkatsu Corporation şirkətinin başçısı olan Eynosuke Yokota ilə tanış olmuşdur. Yokota onu işə götürərək filmlər çəkməsini istəmişdir. Makinonun ilk çəkdiyi belə film 1908-ci ildə "Honno məbədi döyüşü" olmuşdur. Makino Okayama prefekturasını ziyarət edərkən kiçik bir teatrda çıxış edən Matsunosuke Onoe ilə tanış olmuş və onun aktyorluq bacarıqlarını kəşf etmişdir. Makino növbəti 10 il ərzində onunla hər il 60-80 film çəkmişdir. Bu filmlərin çoxu bacarıqlı qılınc ustalarının hekayələrindən və ya absurd bədheybət nağıllarından bəhs edirdi. 1919-cu ildə Mikado Company şirkətini yaradaraq təhsil filmləri çəkməyi başlamışdır.
Borq/Makinroy (film, 2017)
Borq/Makinroy(ing. Borg vs McEnroe)- rejissoru Yanus Mets Pedersen olan İsveç bioqrafik filmi. Baş rolları Sverrir Qudnason və Şaya Labaf ifa edir. Filmin premyerası 2017-ci il sentyabrın 7-də Toronto Film Festivalında olmuşdur. == Süjet == Film 1980-ci il Uimbldon tennis turnirinin final oyunu haqqındadır. Həmin final oyununun iştirakçıları isveçli Born Borq və amerikalı Con Makinroy olmuşdur. == Rollarda == Sverrir Qudnason — Born Borq. Şaya Labaf — Con Makinroy Stellan Skarsqard — Lennart Berqelin Tuva Novotnı — Mariana Simonesku Robert Emms — Vitas Qerulaitis == Çəkiliş == Filmin çəkilişi 2016-cı ilin avqustunda Göteborq, Praqa, London və Monakoda başlamışdır. Çəkiliş Borqun böyüdüyü və tennis oynamağa başladığı doğma şəhəri Södertalyedə olmuşdur.Göteborqdakı studiyada gecə klubu "Studiya 54" hazırlanmışdır. Londondakı Uimbldon arenasında olan səhnələr Praqanın "Štvanice" arenasında çəkilmişdir.
Lagenaria leucantha var. makinoi
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.