Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marksovka
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xətai kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Aleksandr Makovski
Aleksandr Makovski — Azərbaycan rejissoru, ssenarist. == Filmoqrafiya == Bayquş (film, 1924) (tammetrajlı bədii film) — aktyor Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) — rejissor köməkçisi Mədənçilər İttifaqının 20 illiyi (film, 1927) (qısametrajlı sənədli film) — rejissor köməkçisi Bizim əsas yolumuz (film, 1928) (tammetrajlı sənədli film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — rejissor Mürsəlli daşqını (film, 1929) (qısametrajlı sənədli film) — rejissor Şərqə doğru (film, 1930) (tammetrajlı sənədli film) — rejissor; ssenarist Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film) — rejissor; ssenarist Azərbaycan (film, 1931) (tammetrajlı sənədli film) — rejissor Milis (film, 1933) (qısametrajlı sənədli film) — rejissor İki yoldaş (film, 1934) (qısametrajlı bədii film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — bədii rəhbər == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Mia Malkova
Mia Malkova (1 iyul 1992, Palm-Sprinqs, Kaliforniya) — Amerikalı pornoaktrisa və Twitch ulduzu. Mia Malkova 1 iyun 1992-ci ildə Kaliforniyada anadan olub. Pornofilm sektoruna girmədən əvvəl restoranda bir müddət ofisiant işləyib. Amma burada sadəcə 200 dollar qazandığına görə dostu Nataşa Malkovanın təklifini qəbul edərək pornofilm sektoruna keçib. Ailəsi əvvəlllər bu qərarına narazı olsalar da, daha sonra onun karyerasına dəstək oldular. Mia Malkova pornoqrafiya film sektoruna yeniyetmə filmlərində rol alan Nataşa Malkovanın vasitəsi ilə daxil oldu. Nataşa Malkova onun məktəb dostu idi. İlk dəfə JesseLoadsMonsterFacials.com adlı sayt üçün çəkilən oral səhnədə rol alan Malkova ilk əsas müqaviləsini Elegant Angel firması ilə imzaladı. Bu müqavilədən əvvəl isə Mofos üçün bir neçə erotika filmində (seks olmayan) rol aldı. Malkovanın ilk çəkilişlərindəki B/B/G və G/G/B səhnələrindəki uğuru onun sektor daxilində tez yüksəlməsinə imkan yaratdı.
İmre Makoveç
İmre Makoveç (mac. Imre Makovecz, 20 noyabr 1935[…], Budapeşt – 27 sentyabr 2011[…], Budapeşt)— macar memar. İmre Makoveç 20 noyabr 1935-ci ildə anadan olmuşdur. O, ali təhsilini Budepeşt Texniki Universitetində almışdır. Onun təşəbbüsü ilə Macarıstan İncəsənət Akademiyası yaradılmışdır. İmre Makoveç bu akademiyaya uzun illər rəhbərlik etmişdir. Makoveç orqanik memarlığın ən məşhur nümayəndələrindəndir. O fəaliyyətləri ilə bağlı "İmre Makoveç: Ruhun qanadları" adlı ilk ingilis dilli məqaləsini 1997-ci ildə nəşr etdirdi.
İrina Malkova
İrina Malkova — rus qadın voleybolçu. 2013-cü ildən Dinamo Kazan blokçusudur. Blokları zamanı 294 sm yüksəkliyə qədər tullana bilir. Perspektivi az olmayan 25 yaşlı voleybolçu Rusiya milli komandasına bir dəfə belə dəvət almamışdır.
Anna Malova
Anna Nikolaevna Malova — rusiyalı qadın voleybolçu. Libero mövqeyində oynayır. Rusiyanın perspektivli voleybolçularındandır. == Karyerası == Anna Malova peşəkar voleybol həyatına 2008-ci ildə doğulduğu Ulyanovsk şəhərinin komandası İskra Samarada başlamışdır. O, hələ 17 yaşında məşqçi Emil Şamiloviç Zamaletdinova tərəfindən kəşf edilmişdi. İki il bu klubda oynadıqdan sonra karyerasında ən çox formasını geyinəcəyi Ufimoçkaya transfer olundu. Son olaraq o, Dinamo Moskva komandası ilə anlaşmış və bu komanda ilə bir illlik müqavilə imzalamışdı. Anna Malovanın milli komanda karyerası da olduqca qarışıqdır. O, 2013-cü ildən milli komandaya çağrılmağa başlayır. Baş məşqçi əsasən meydançaya əsas heyətlə çıxmadıqda Annanın xidmətində maraqlı olur.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir == Axın == Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Li Yakoka
Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[…], Bel-Eyr (Los-Anceles), Kaliforniya) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
Madoka Haci
Madoka Haci (d. 8 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Madoka Okamori
Madoka Okamori (4 iyun 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Madoka Okamori Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
İlona Çakova
İlona Çakova (çex. Ilona Csáková, 1 oktyabr 1970-ci ildə Heb) — 1998-ci ildə 10 solo albom çıxararaq və Çexiya Respublikasının ən çox albom satan pop-müğənnisi oldu. Česko hledá SuperStar musiqi şousunda münsiflər heyətinin üzvüdür. Xebe şəhərində anadan olmuşdur. Atası macar, anası isə rumındır. Hələ uşaq olarkən «Kəpənəklər» musiqi ansamblında ifa edirdi. Gitarada ifaçılığı belə oyrənmişdir. Səhnədə ilk debutunu 1985-ci ildə «Alotriop» qızlar qrupunda etmişdir. 1980-ci illərdə məktəb imtahanlarını verir və «Laura A Její Tygři» qrupuna daxil olur. Bu qrup Bolqarıstan, Almaniya və Fransaya qastrol səfərləri təşkil etmişdir.
Violeta Yakova
Violeta Yakova (bolq. Виолета Якова; 2 iyun 1923 – 18 iyun 1944) — partizan və Bolqarıstan Kommunist Partiyasının üzvü. Partizan kimi kod adı "İvanka" olan Yakova Bolqarıstan Polisinin rəisi Atanas Pantevin və general-leytenant Xristo Lukovun qətli də daxil olmaqla əməliyyatda olan bir neçə alman və bolqar hərbi zabitinin qətlində iştirak edib. O, Bolqarıstan hökumətinin polisi tərəfindən həbs edilmiş və 1944-cü ilin iyununda Radomir şəhərində polislə toqquşma zamanı yaralandıqdan sonra Bolqarıstan hökuməti tərəfindən dövlətə xəyanətə görə edam edilmişdir. Violeta Yosifovna Yakova Bolqarıstanın Dupnitsa şəhərində, səfərad yəhudisi ailəsində anadan olub. Onun atası, kiçik bir tacir olan Yosef Yakov o dünyaya gəlməzdən əvvəl ölüb. Birinci Dünya müharibəsindən sonra Bolqarıstanda yaranmış ağır iqtisadi vəziyyət bir çox yəhudi ailəsinin nisbətən kiçik şəhərlərdən daha böyük əhali mərkəzlərinə köç etməsinə səbəb olmuş və bu şəraitdə onun ailəsi də paytaxt Sofiyaya köçmüşdür. Violeta tikiş tikməyi öyrənmiş və dərzi şagirdi kimi işə götürülmüşdür. 1930-cu illərin sonlarında və İkinci Dünya müharibəsi zamanı faşizmin və antisemitizmin yüksəlişi ilə birlikdə Bolqarıstan rejiminin də Berlin-Roma-Tokio xətti ilə tərəfdaşlığı bir çox gənc bolqar yəhudisi üçün sol və antifaşist təşkilatlara bağlılığı artırmışdı. Yakova da 1939-cu ildə Bolqarıstan Kommunist Partiyasının gənclər təşkilatına qoşulmuşdu.
Aleksandr Makovski (rejissor)
Aleksandr Makovski — Azərbaycan rejissoru, ssenarist. == Filmoqrafiya == Bayquş (film, 1924) (tammetrajlı bədii film) — aktyor Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) — rejissor köməkçisi Mədənçilər İttifaqının 20 illiyi (film, 1927) (qısametrajlı sənədli film) — rejissor köməkçisi Bizim əsas yolumuz (film, 1928) (tammetrajlı sənədli film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — rejissor Mürsəlli daşqını (film, 1929) (qısametrajlı sənədli film) — rejissor Şərqə doğru (film, 1930) (tammetrajlı sənədli film) — rejissor; ssenarist Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film) — rejissor; ssenarist Azərbaycan (film, 1931) (tammetrajlı sənədli film) — rejissor Milis (film, 1933) (qısametrajlı sənədli film) — rejissor İki yoldaş (film, 1934) (qısametrajlı bədii film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — bədii rəhbər == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Palma-de-Malorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
Kaxovka su anbarı
Kaxovka su anbarı (ukr. Каховське водосховище) — Dnepr çayının aşağı axarlarında 2023-cü ilin 6 iyununa kimi mövcud olmuş su anbarı. Ukraynanın Xerson, Zaporojiya və Dnepropetrovski vilayətlərinin ərazisində yerləşən bu su anbarı və Kaxovka SES Rusiya-Ukrayna müharibəsi gedişatında rus hərbiçiləri tərəfindən dağıdılmışdır. == Xarakteriskası == 1956-cı ilsə istifadəyə verilmiş Kaxovka su anbarı əsasən çaydakı su səviyyəsinin mövsümü və illik nizamlanmasına, eləcə də cənubi Ukraynanın su təchizatına xidmət edirdi. Su anbarından Şimali Krım, Kaxovka və Dnepr-Krivoy-Roq kanalları çəkilmişdir. Bu su anbarı Dnepr çayı üzərində inşa olunan 6 kaskad su anbarlarından sonuncusu idi. Su anbarının doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə bitmişdir. Maksimal su həcmi 18,18 km³, faydalı həcmi isə 6,78 km³-dir. Ən dərin yeri 24 metr, orta dərinlik isə 8,4 metrdir. Ümumi sahəsi 2155 km²-dir.
Pavel Makov
Pavel Makov (ukr. Павло Миколайович Маков; 28 avqust 1958, Leninqrad) — qrafik ve ofort texnikləri sahələri üzrə çalışan ukraynalı rəssam. Böyük Britaniya Təsviri və Qrafikaçılar Kral Cəmiyyətinin (1994), Ukrayna Rəssamlar İttifaqının (1998) və Ukrayna Rəssamlıq Akademiyasının (müxbir) üzvü (2006). Yeni Ukrayna dalğasının nümayəndəsi, rəssam-multiplikator. Ukraynanın Taras Şevçenko adına Milli Mükafatı laureatıdır (2018). 28 avqust 1958-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 1974-1979-ci illərdə Krım Rəssamlıq Məktəbində oxumuş, İli Repin adına Sankt-Peterburq Rəssamlıq İnstitutunda azad dinləyici (Leninqrad, 1977-1978) olmuş, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının qrafika fakültəsini bitirmişdir (1979-1984). Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Hazırda Xarkovda yaşayır. “ART UKRAINE” jurnalının tərtib etdiyi 2011-ci il müasir Ukrayna incəsənətinin TOP 100 ən nüfuzlu şəxsiyyətləri siyahısında 49-cu yerdə göstərilmişdir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. == Tarixi == Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibətilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Manova Qounda Sent-Floris Milli Parkı
Manovo-Qounda-Sen-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Milli parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük milli parkıdır. Bu park ölkənin əhəmiyyətli flora və fauna müxtəlifliyinə ev sahibliyi. Parkın düzənliklərində qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, şimal su hövzələrində müxtəlif növdə su quşları yaşayır. Parkda üç çay və Bonqo sıradağları yerləşir. 1988-ci ildə Manovo-Qounda-Sen-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.