Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyms Mengold
Ceyms Mengold (ing. James Mangold) — Amerikalı film və televiziya rejissoru, ssenaristi. Oliver və kompaniya, Yarıda qalmış həyat, Şimal porsuğu:Ölməzlik, Loqan kimi filmlərinin rejissoru olub.
Ceyms Menqold
Ceyms Mengold (ing. James Mangold) — Amerikalı film və televiziya rejissoru, ssenaristi. Oliver və kompaniya, Yarıda qalmış həyat, Şimal porsuğu:Ölməzlik, Loqan kimi filmlərinin rejissoru olub.
Manqole adası
Manqole adası (ind. Pulau Mangole) — İndoneziya ərazisinə daxil olan ada. Sula adaları qrupunun ən böyük adasıdır. Qrupda öz növbəsində Molukk adalarına daxildir. Adadan şərqdə Taliabu adası, güzeydə isə Sanana adası yerləşir. 2010-cu il siyahıya alınmasına əsasən adada 36323 nəfər yaşayırdı. İqtisadiyyatının əsasını meşə sənayesi təşkil edir.
Maqnolid
Maqnolid (lat. Magnoliids, Magnoliidae və ya Magnolianae) — çiçəkli bitkilər qrupuna aid klad.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Manqal
Manqal (ərəb. منقل‎ - portativ) — içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür.
Monqol
Monqollar — monqol dillərində danışan bütün xalqların tarixi adı. Monqol dillərində xalxlar, baoanlar, dunsyanlar, tular, daurlar, buryatlar, kalmıklar və bir neçə azsaylı digər xalqlar daxildir. Monqolustan Respublikasının əsas əhalisi. Həmçinin Çin Xalq Respublikasında (əsasən kompakt şəkildə Daxili Monqolustan Muxtar Rayonunda) yaşayan xalq. Özlərini "Xalx" adlandırırlar. Yaxın etnik qruplarla (monqollar daxil olmaqla 14 etnik qrup) birlikdə dünyada sayları təxminən 11.116 milyon nəfərdir. Çin Xalq Respublikasında 2000-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Çin dövləti tərəfindən rəsmən tanınan 56 milli azlıqdan biri olan Monqolların sayı 5.823.947 nəfər olmuşdur. Çingiz xanın təşkilatlandırdığı monqollarda əhaliyə ivgen, boya obop, ailə və ən kiçik birliklərə isə aymuğ və ya yasun deyilirdi. Ordu da bu üsula görə təşkilatlanmışdı. Ulus adlanan monqol qəbilə birliklərinin hər biri əsgər sayılırdı.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Arnqold adası
Arnqold adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,7 km məsafədə yerləşir. Arnold adasından şimalda elədə böyük olmayan Pirojok adası adası yerləşir. == Təsviri == Oktyabr İnqilabı adası boyunca cənubda şimala 5,6 km məsafədə uzanır. Adanın eni 3,35 km təşkil edir. Adanın şimalında elədə böyük olmayan körfəz vardır. Adada üç yüksəklik vardır. Onlardan ən hündürü adanın şimal-şərqində yerləşən 43 metr yüksəkliyi olan zirvədir. Burada geodeziya məntəqəsi yerləşir.
Eliaquim Manqala
Eliaquim Manqala - Fransalı futbolçu.Müdafiəçidir. == Klub karyerası == === Standard Lyej === === Portu === === Mançester Siti === === Valensiya === == Milli Komanda karyerası == 2013-cü ildən Fransa formasını geyinir və 8 oyuna çıxmışdır.
Manqoçi (mahal)
Manqoçi — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Manqoçi ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Manqoçi şəhəridir. Mahal şimalda Malavi gölü, cənubda Maçinqa mahalı və Balaka mahalı, şərqdə Mozambik, qərbdə Dedza mahalı və Ntçeu mahalı ilə qonşudur. == Əhali == Manqoçi mahalında 803,602 nəfər yaşayır.
Manqoçi dairəsi
Manqoçi — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Manqoçi ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Manqoçi şəhəridir. Mahal şimalda Malavi gölü, cənubda Maçinqa mahalı və Balaka mahalı, şərqdə Mozambik, qərbdə Dedza mahalı və Ntçeu mahalı ilə qonşudur. == Əhali == Manqoçi mahalında 803,602 nəfər yaşayır.
Mey Faynqold
Mey Faynqold (Мei Finegold; 16 dekabr 1982, Rişon-le-Sion, Mərkəz dairəsi) — İsrail müğənnisi. Mey Faynqold "Same Heart" mahnısı ilə İsraili 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir..
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Ştutqart klubundan icarə əsasında 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
İmanqol (Uçalı)
İmanqol (başq. Иманғол, rus. Имангулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 5 km, ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 17 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (95 %) üstünlük təşkil edir.
Hindistan manqosu
Hindistan manqosu (lat. Mangifera indica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Manolo Blanik
Manolo Blanik (isp. Manolo Blahnik; 27 noyabr 1942) — ispan ayaqqabı dizayneri və eyniadlı şirkətin təsisçisi. == Bioqrafiyası == Blanik ailəsinin banan əkdiyi Kanar adalarında, İspan və Çex ailəsində anadan olmuşdur. 1965-ci ildə Cenevrə Universitetini bitirmişdir, burada hüquq və ədəbiyyat öyrənmiş, dizaynı öyrənmək üçün isə Parisə köçmüşdür. 1970-ci ildə Londona köçmüşdür. Vogue Italia jurnalında bir ayaqqabı sütununa rəhbərlik etdi. Eskizlərini görən Diana Vriland, gəncə vaxt itirməməyi və ayaqqabı dizaynı ilə məşğul olmağı tövsiyə etdi. Üç il sonra, Çelsi şəhərində Zapata mağazasını satın alaraq ilk mağazasını açmışdır. 1979-cu ildə Blanik Nyu-Yorkdakı Medison prospektində bir butik açaraq Perri Ellis və Calvin Klein ilə əməkdaşlıq etməyə başlamışdır. 1990-cı illərdə Con Qalyano və İv Sen Loran ilə birlikdə çalışaraq şöhrət qazanmışdır.
Manqal salatı
Mingöl (Urmiya)
Mingöl (fars. مينگل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (55 ailə).
Monqol palıdı
Quercus mongolica (lat. Quercus mongolica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Monqol platosu
Monqol platosu — Orta Asiyanın şərqində, 700 – 2500 km ölçüdə geniş yayla. Təxminən 2.6 milyon km² bir ərazini əhatə edir (təxminən 1,4 milyon km² Çinin ərazisinə düşür). Qobi səhrası tərəfindən iki hissəyə bölünür - şimal hissəsi Monqolustanda, cənubu isə Çinin Daxili Monqolustan bölgəsində yerləşir. Yayla şimal-qərbdən Altay, Tannu-Ola və Sayan dağları, şimaldan Xentey öndağlığı ilə, cənubdan Tarim çökəkliyi, qərbdən Sintszyan-Uyğur Muxtar Rayonunun Cunqar hövzələri ilə həmsərhəddir. Yaylasın hündürlüyü 915 ilə 1525 m arasında dəyişir. Ulan-Batorun şərqindən cənuba, Çin ilə sərhədə doğru, Monqol platosunun hündürlüyü tədricən azalır. Ən yüksək nöqtə Munx-Xayrxan-Ula (4362 m) dağıdır. Zirvə Monqol Altay silsiləsində yerləşir. Gobi Altay silsiləsi yaylanın qərb hissəsi boyunca uzanır. Platonun dəniz və okeanlardan uzaqlığı onun iqliminə öz təsirini göstərir.
Monqol xanlığı
Şimali Yuan Dövləti (monq. Умард Юань Улс;1368-1635) - Monqolustanda və Daxili Monqolustanda mövcud olmuş tarixi monqol dövləti. Yuan İmperiyasının Qırmızısarıqlılar üsyanı nəticəsində süquta uğramasında sonra yaranmışdır. İlk xanı Biliqtu xan Ayuşridara, son xanı isə Ecey xandır.