Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Mersedes (marka)
Mersedes — 1901-1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. == Markanın yaranması == 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri “Mersedes” adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi.Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.Birinci Dünya müharibəsinin başlaması ilə Alman imperiyası bir sıra çətinliklərlə üzləşdi. Onlardan biri müharibə aparmaq üçün böyük maliyyə xərcləri idi.
Marca
Marca (isp. maɾka) — "Unidad" Redaksiyasına məxsus İspaniyada gündəlik yayımlanan idman qəzeti. Qəzet əsasən futbol, xüsusilə də Real Madrid, Atletiko Madrid və Rayo Valekanonun gündəlik fəaliyyətlərinə dair məlumatlar yayımlayır. Gündəlik qəzet satışına görə İspaniyada ən yüksək göstəriciyə sahib olan MARCA 2.500.000-dən çox gündəlik oxucuya malikdir.MARCA idman oxucularının yarıdan çoxunu əhatə edən qəzetdir. 2001-ci ilin fevral ayından etibarən, həmçinin, “Radio Marca”- adlı 24 saatlıq idman kanalına da sahibdir. 2010-cu ildə MARCA TV telekanalı işə düşsədə 2013-cü ildə o, bağlanmışdır. == Tarixi == MARCA 21 dekabr 1938-ci ildə, İspan Vətəndaş müharibəsinin pik nöqtəsində, milliyyətçi San Sebastian şəhərində qurulub. Onun ilk redaktoru Manuel Fernández Cuesta olmuşdur. 3 sentyabr 1987-ci ildə Luis Infante qəzetin redaktoru oldu.Punto Editorial SA Marca şirkətinin sahibi idi.1982-ci ildə Recoletos adlı Espacio Redaktoru MARCA nı qazandı. Şirkət 2007-ci ildə Unedisa ilə birləşərək MARCA nın sahibi olan Unidad Redaktoru adı altında fəaliyyət göstərməyə başladı.Qəzetin naşiri də Unidad Redaksiyasıdır.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Marja
Marja — Birja əməliyyatı üzrə təminat qismində marja hesabında deponentləşdirilməli olan müəyyən məbləğdə pul vəsaitidir. Bundan əlavə iqtisadiyyatın müxtəlif sahələrində marja istifadə olunur ki, Bank təcrübəsində – cəlb edilən və verilən kreditlər üzrə faiz dərəcələri arasında, müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri və s. arasındakı fərq. Ticarət təcrübəsində – əmtəənin alış və satış qiymətləri arasında fərq, fond əməliyyatlarında – əqdin bağlanması və icrası günlərində qiymətli kağızın məzənnələri arasındakı fərq, eləcə də alıcının qiyməti ilə satıcının qiyməti arasındakı fərqdir. İctimai mənada – satılmış məhsulun və ya kapitalın həcmi ilə mənfəətin faiz nisbətidir. == Marja çağırışı == Marja çağırışı — Klirinq evi və ya broker tərəfindən, marja hesabı minimal tələbdən daha aşağı düşən əks tərəfdən (məsələn, müştəri) əlavə vəsait tələbidir. İnvestor, sahib olduğu qiymətli kağızların dəyəri aşağı düşdükdə, marja çağırışı ala bilər. Bu halda o, ya ticarət hesabına əlavə vəsait qoymaq, ya da aktivlərinin bir hissəsini satmaq məcburiyyətində qala bilər. == Marja hesabı == Marja hesabı — Müştərinin broker şirkətində olan və ona maliyyə alətlərini kreditə almaq imkanını verən hesab; bu zaman hesaba yalnız marja (müəyyən məbləğdə pul vəsaiti) daxil edilir. == Marjin ticarət == Marjin ticarət — Digər qiymətli kağızları girov qoymaqla brokerdən alınan borc hesabına qiymətli kağızları almaq.
Marke
Marke — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Ankona şəhəri region mərkəzidir. == Coğrafi mövqeyi == Tətil diyarları və incə qumlu çimərlikləri ilə dünyaca məşhur region Apenin Dağları ilə Adriatik dənizi arasında uzanır. Adriatik dənizinə baxan qisimi daha çox dağlıq və təpələrlə əhatəlidir. == Əhalisi == 1.560.785 milyon nəfərdir. == Sahəsi == 9.694 km²-dir.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Marks
Marks — soyad Bu soyadı olan tanınmış şəxslər Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Marks qardaşları — ABŞ məşhur komediya kvinteti.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Alber Marke
Alber Marke (fr. Albert Marquet, 27 mart 1875, Bordo — 14 iyun 1947, Paris) — fransız rəssam-postimpresionist. == Həyat və yaradıcılığı == Alber Marke 27 mart 1875-ci ildə Bordo şəhərində dəmiryol işçisinin ailəsində anadan olmuşdur . 1890-1895-ci illərdə Paris Gözəl Sənətlər Məktəbində Qyustav Monronun sinfində təhsil almışdır. Bir müddət Fovizmlərə yaxın idi, Matisse və Derain ilə dost idi, əsərləri 1905-ci il payız salonunda və 1906-cı ildə İstiqlal salonunda bir qrup sərgidə nümayiş etdirildi. Kitab illüstrasiyası ilə məşğul idi (Şarl-Lui Filippin "Montparnasse-dən Byub" romanı, 1903). 1919-cu ildən İle-de-Fransa bölgəsinin kiçik şəhərlərində yaşadı, çox səyahət etdi, o cümlədən SSRİ-də olmaq (1934). 1920-ci ildə rəssamın əsərinə dair ilk monoqrafiya nəşr olundu. İkinci Dünya Müharibəsi illərini 1911-ci ildə Matisse ilə ilk ziyarət etdiyi Əlcəzairdə keçirdi; Müqavimətdə iştirak etdi. 1945-ci ildə Parisə qayıtdı.
Alman markı
Alman markı (alm. Deutsche Mark‎, qısaca DM, eləcə də danışıq dilində D-Mark) — Almaniya Federativ Respublikasının avroya qədər, yəni 1948-2002-ci illərdə istifadə etdiyi pul vahidi.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.
Aykut Barka
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.
Danila Manka
Danila Manka (18 may 1970) — İtaliyalı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Danila Manka dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Karl Marks
Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎; 5 may 1818[…], Trir, Reyn əyaləti[d], Prussiya[…] – 14 mart 1883[…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…]) — alman filosof, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçı, tarixçi, sosioloq, siyasi nəzəriyyəçi, jurnalist və sosialist inqilabçı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen(en) ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya Muzeyinin Oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir. Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Maaka doqquzdonu
Malka çayı
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir. == Relyefi == Malka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır. Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir.
Maria Adanez
Maria Adanez Almenara (isp. María Adánez Almenara; 12 mart 1976, Madrid) — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Maria Farantouri
Maria Farantouri - (yun. Μαρία Φαραντούρη, 28 noyabr 1947-ci il, Afina) — Yunanıstan müğənnisi və ictimai xadimi. Yunan musiqisinin dirçəlişində mühüm rol oynayıb. Bəstəkar Mikis Theodorakis ilə əməkdaşlığı ilə tanınır. Böyük səs diapazonuna və əla dramatik ifaya malikdir. 1967-ci ildə qurulumuş Yunanıstan hərbi xuntasına qarşı mübarizəsi ilə də tanınır. Onun haqqında Londonun "Guardian" qəzeti yazırdı: "Onun səsi Olympus və Tanrılardan bir hədiyyədir". == Mənbə == Maria Farantourinin tərcümeyi-halı (yunan dilindən tərcümə).
Maria Feliks
Maria Feliks (isp. María Félix; 4 may 1914, Alamos[d] – 8 aprel 2002[…], Mexiko) — meksikalı aktrisa.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə.Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.