Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mantissa
Mantissa (ing.mantissa, ru.мантисса)- loqarifmli hesablamalarda: 10 əsaslı loqarifmin müsbət onluq hissəsi. Məsələn, 16-nın onluq loqarifmi 1.2041-dir; xarakteristikada (tam hissə) – 1, mantissa (kəsr hissə) isə 0.2041-dir. Sürüşkən nöqtəli yazılışda mantissa ədədin qiymətli rəqəmlərini ifadə edən hissəsidir. Məsələn, 640000 ədədinin sürüşkən nöqtəli şəkli 6.4E+05, burada mantissa – 6.4, tərtib (E+05) isə 640000 ədədini almaq üçün 6.4-ün yüksəldiləcəyi 10-nun qüvvətini göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Martinika
Martinika (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. == Coğrafiyası == Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir.
Martinya
Martinya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Malışka
Malışka — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Adi mantispa
Adi mantispa (lat. Mantispa styriaca Poda.) — Baş hissəsi hipoqnatik tipdədir. == Quruluşu == Baş hissəsi hipoqnatik tipdədir. Pəncələri 5 buğumludur. Qanadlar çılpaq, torşəkillidir və iki cütdür. Əksər halda ön qanadlar dal qanadlara nisbətən enli olur. Mantispilər fəsiləsinin nümayəndələri özünəməxsus quruluşlu olub, ön döş uzundur və dəvədəlləyilərdə olduğu kimi tutucu ayağa malikdir. Xarakterik nümayəndəsi adi mantispadır (Mantispa styriaca Poda). == İnkişafı == Bu növün inkişafı hipermetamarfozla başa çatır. Yumurtadan çıxan hərəkətli kompodaşəkilli sürfə hörümçəklərin yumurtası olan baramaya keçir.
Baccharis martiana
Baccharis martiana (lat. Baccharis martiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Dominik Martişiak
Dominik Martişiak (9 iyul 2000-ci ildə Slovakiyada anadan olub) — Slovakiya Super Liqası təmsilçilərindən olan Senitsa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Senitsa === Martişiak Senitsa akademiyası vasitəsilə inkişaf etmişdir. Martişiak öz peşəkar karyerasında debütünü 19 may 2017-ci ildə Spartak Trnava klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Adam Payeri əvəz etmişdir. Həmin görüşdə Senitsa liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 26 May 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Slovakiya Superkuboku görüşləri daxildir.
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
Martina Barta
Martina Barta (çex. Martina Bárta; d. 1 sentyabr 1988, Praqa, Çexiya) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Martina Centofani
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Dabkovska
Martina Dabkovska (25 may 1989) — Polşanı təmsil edən bədii gimnast. == Karyerası == Martina Dabkovska Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Martina Kariddi
Martina Kariddi (isp. Martina Cariddi; 30 may 2001, Madrid) — ispaniyalı aktrisa. == Həyatı == Kariddi 30 may 2001-ci ildə Madrid şəhərində ispan ata və italyan ananın övladı olaraq dünyaya gəlmişdir.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Martina Çentofanti
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Nataliya Partıka
Nataliya Dorota Partıka (pol. Natalia Dorota Partyka, 27 iyun 1989-cu il Qdansk, Polşa) — Polşa stolüstü tennisçisi, Avropa çempionatının üçqat qalibi, Paralimpiya Oyunlarının beşqat çempionu (2004, 2008, 2012 və 2016), Paralimpiya oyunları arasında dəfələrlə dünya və Avropa çempionu. 2008-ci ildə 5-ci dərəcəli Polşanın İntibah Ordeninə, 2013-cü ildə isə 4-cü dərəcəli ordeni ilə təltif edilmişdir. Sağ qolu, dirsəkdən aşağısı olmadan anadan olmuşdur və adi yarışlara birgə (yaş və ya digər məhdudiyyət olmadan) əlil idmançılar üçün yarışlarda iştirak edir. Üç Olimpiya Oyunlarının (2008, 2012 və 2016) və beş Paralimpiya Oyunlarının (2000, 2004, 2008, 2012, 2016) iştirakçısıdır. == Bioqrafiyası == Partıka stolüstü tennis üzrə ilk beynəlxalq medalını 1999-cu ildə Əlillər üçün Dünya Çempionatında qazandı. 11 yaşında ikən 2000-ci ildə Sidneydə keçirilən Paralimpiya Oyunlarında iştirak edərək Paralimpiya Oyunlarının ən gənc iştirakçısı oldu. 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında komanda hesabında gümüş, tək kateqoriyada isə qızıl medal qazandı. Elə həmin il Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) təşkil etdiyi Yeniyetmələrin Avropa çempionatında iki qızıl medal qazandı. Son yarış əmək qabiliyyətlərini itirən üçün nəzərdə tutulmuşdu.
Marısya Nikityuk
Marısya Nikityuk (ukr. Марися Юріївна Нікітюк; 26 oktyabr 1986, Kiyev) — Ukraynalı ssenarist və qısametrajlı və bədii filmlərin rejissoru. == Bioqrafiya == 26 oktyabr 1986-cı ildə anadan olub. 2007-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirmişdir. Sonra İ. Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində Yapon teatrına diqqət yetirərək teatrşünaslıq üzrə magistr dərəcəsi almışdır. Jurnalist, publisist, teatr tənqidçisi kimi çalışıb. “Müqəddəs Vladimir” ədəbi antologiyasında çap olunmuş silsilə hekayələrin və dram layihələrində qiraət formatında təqdim olunan “Kotteclər”, “Maşa üçün ayılar” və “Qız sevincləri” pyeslərinin müəllifidir. Qoqolfestdə "Kiyevdə Müasir Dram Laboratoriyası", Kiyev Dram Festivalında "Fakt mahnı həftəsi". "Maşa üçün ayılar" 2010-cu ildə Drama.ua ("Drabina" teatr festivalından) Lvov dram müsabiqəsində birinci yeri qazanır. "Öl.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava, Çexoslovakiya) — Slovakiya müğənnisi.
Martik Qaraxanyan
Martik Qaraxanyan (17 iyul 1949, Abadan, Xuzistan ostanı) — İran ermənilərindən olan və ABŞ-də yaşayan İran estrada müğənnisi və gitara ifaçısı. 17 iyuld 1949-cu ildə Abadanda dünyaya gəlmiş və hal-hazırda Los-Ancelesdə yaşayır.
Mantissa (Con Faulz)
Mantissa — Con Faulzın 1982-ci ildə nəşr olunan kitabı == Məzmun == Müəllif və onun ilham pərisi arasında mürəkkəb, lakin eyni zamanda zorakılıq və şəfqətlə dolu olan qədim münasibətini təsvir edir. Pərinin rəssamla münasibəti gərgin həssaslıqla dolu olsa da, mövcud həyatda daha mürəkkəb bir emosional dalğaya çevrilir. Con Faulz Mantisada toxuduğu nazik, lakin güclü torda ədəbiyyatı, sevgini və erotizmi müxtəlif müstəvilərdə bir araya gətirsə də, həm əyləndirməkdən, həm də oxucunu düşündürməkdən əl çəkmir.
Sen-Pyer (rayon, Martinika)
Sen-Pyer (fr. Saint-Pierre) — Fransanın Martinika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Martinika. Suprefektura — Sen-Pyer. Rayon əhalisi 2009-cı ildə 23 683 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 112,78 nəf / km². Rayon sahəsi — 210 km².