Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatyana Maslani
Tatyana Qabriel Maslani (ing. Tatiana Gabriele Maslany) — Kanada aktrisası. Aktrisa elmi fantastika triller serialı olan Kanadada Space ABŞ-də isə BBC America kanalında yayımlanmış Qara Yetim-də oynadığı fərqli rollar ilə tanınma əldə etmişdir. Serialdakı performansına görə o Primetime Emmy Mükafatı (2016), TCA Mükafatı (2013), iki Critics' Choice Television Mükafatı (2013 və 2014) və dörd Canadian Screen Mükafatına (2014–17) layiq görülmüş, Qızıl Qlobus və Screen Actors Guild Mükafatlarına namızədliyi irəli sürülmüşdür. Maslani Kanada istehsalı serialında dram kateqoriyasında Emmy Mükafatını qazanaraq ilk Kanadalı aktrisa olmuşdur. O həmçinin Heartland (2008–2010), Doğum (2010) və Erika Olmaq (2009–2011) kimi teleseriallarda da çəkilmişdir. 2013-cü ildə Şəkil Günü filmində Kleir roluna görə ACTRA Mükafatı Kas və Daylan filmindəki performansına görə isə Phillip Borsos Mükafatlarını qazanmışdır. O Ölünün Gündəliyi (2007), Şərq Vədləri (2007), Əhd (2012), Qızıl Qadın (2015) və Güclü (2017) kimi filmlər ilə də tanınır.