Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Medveji adası
Medveji adası — Şantar adaları qrupuna daxil olan ada. Adanın uzunluğu 14 km, eni isə 150 m - 4,5 km arasında dəyişir. Materikdən Şevçenko boğazı ilə ayrılır.
Medveji yarımadası
Medveji yarımadası — İturup yarımadasının şimal-şərqində, Rusiyanın Saxalin vilayəti ərazisində yerləşən yarımada. Yarımadanın uzunluğu 55 km, enisə 26 km təşkil edir. Yarımada İturup adasıns Vertov bərzəxi ilə birləşir. Şərqdə iki hissəyə bölünür. Burada ikiyə bölünmüş hissədə Medvejaya buxtası yerləşir. Cənub-qərb hissəsində Krubera silsiləsi keçir. Cənub-şərqdən şimal-qərbə doğru Slavnaya çayı axlr. Orta axarlarda Slavnoe gölünü əmələ gətirir. Yarımadanın şimal-şərqində Rusiyanın ən hündür şəlaləsi olan İlya Murames yerləşir. Ərazisində yaşayışı olmayan Aktivnı, Slavnoe, Sentyabrski, Vetrovoe.
Medvejı adaları
Medvejı adaları (saxa Эһэлээх арыылар) — qrupa 6 ada daxildir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Adalar Şərqi Sibir dənizində Kolıma çayı mənsəbində yerləşir. Adaların ümumi sahəsi 60 km² təşkil edir. Qrupun tərkibi: Krestovski adası, Leontev adası, Çetıryoxstolbovoy, Puşkaryov adası, Lısov adası və Andreyev adası. Əsasən qranitdən ibarətdirlər. Krestovski adası arxipelaqının ən iri adasıdır. Şimal və və cənub hissələri qayalıqdır. Adalarda qısa otlar, Mamırlar, Şibyələr bitir. Burada Marall, Sıçan, Tülkü, Ayı və Canavara rast gəlinir.
Medveji adası (Çanı gölü)
Medveji adası — Rusiya Federasiyasının, Novosibirsk vilayətində, Çanı gölündə yerləşən ada. Adanın ümumi sahəsi 548,6 ha-dır. 22 aprel 2008-ci ildə adaya regional əhəmiyyətli təbiət abidədi statusu verilmişdir. == Təsviri == Ada gölün şimal-qərb hissəsində yerləşir. Adanın təməlini batmış qədim quru parçası təşkil edir. Yaxınlığında yerləşən digər adalarında eyni istiqamətdə uzanmasını görmək olar. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanmış formadadır. Ada şimaldan şərqə doğru 8691 m məsafədə uzanır. Sahil boyu perimetri 21 061 metrdir. Cənub-qərb hissəsində yerləşən Medveji burnunun qumlu torpağını məhv edən və ağacların köklərini yuyan külək və dalğaların təsiri səbəbindən tədricən daha alçaq olmağa başlamışdır.