Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Medanos (bərzəx)
Medanos bərzəği — Venesuelanın Falkon ştatı ərazisində ərazisində yerləşir. Paraguana yarımadasını Cənubi Amerika qitəsi ilə birləşdirir. Bərzəğin eni 3,72 mil, uzunluğu 16,78 mil təşkil edir. Ərazidə Medanos de Koro Milli Parkı yerləşir.
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
Rəşid Mədinov
Rəşid Mədinov (azərb. Rəşid Nəzər oğlu Mədinov‎; d. 24 aprel 1996, Yeni Həyat, Xaçmaz rayonu — . 13 oktyabr 2020, Pirəhmədli, Füzuli) — İkinci Qarabağ müharibəsi şəhidi. Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi. 2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib.
Masuzo Madono
Masuzo Madono — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Mikonos sui-qəsdi
Mikonos sui-qəsdi zamanı (1992-ci il 17-Sentyabr) İran kürdlərinin liderləri Sadiq Şərəfkəndi, Hümayun Ərdalan, Fəttah Əbduli və tərcüməçiləri Nuri Dehkürdi Berlindəki Mikonos yunan restoranında qətlə yetirilir. Qətlə görə bir iranlı və iki livanlıya iş kəsildi. Sui-qəsddən 1-ay öncə İran Təhlükəsizlik naziri Əli Fallahian tv. müsahibəsində xaricdəki müxaliflərə qarşı da qərarlı hücumlar edə biləcəklərini bildirir. O, müsahibəsində qeyd edir: "Biz onları ölkədən kənarda da izləyir, nəzarət altında saxlayırıq. Keçən il biz onlara əsaslı zərbələr endirməyi bacardıq".
Modinos Kiprə qarşı
Modinos Kiprə qarşı — (16 EHRR 485 (25 mart 1993)) Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. İş 1987-ci ildə, Apeleftherotiko Kinima Omofilofilon Kiprou (AKOK) və ya "Kipr Gey Azadlıq Hərəkatı"nın əsasını qoymuş gey hüquqlarının müdafiəçisi Aleksandros Modinos tərəfindən qaldırılmışdır. Eyni zamanda öz həmcinsi ilə cinsi əlaqəyə daxil olan iddiaçı bəzi homoseksual hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan Kipr Cinayət Məcəlləsinin 171-ci maddəsinin qüvvədə olması səbəbi ilə böyük gərginlik, narahatlıq və təqib qorxusu ilə yaşadığını bildirmişdir. Məhkəmə 8 səs lehinə, 1 səs əleyhinə olmaqla belə qərara gəlmişdir ki, qadağanın mövcudluğu ərizəçinin şəxsi həyatına birbaşa və davamlı olaraq təsir etmiş, nəticə etibarilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə olunmuşdur. Beləliklə, bu işdə 8-ci maddənin pozuntusu baş verib; ərizəçinin çəkdiyi məhkəmə xərcləri ona qaytarılmalı, eləcə də Strasburqda işin dinlənilməsi ilə bağlı çəkdiyi xərclər ona tam məbləğdə ödənilməlidir. Məhkəmə bu qərarı ilə təsdiq edir ki, homoseksual münasibətlər 8-ci maddə çərçivəsində müdafiə olunur. Bu münasibətləri qadağan edən qanun ərizəçiyə tətbiq olunmasa da, qadağanın açıq-aşkar dəstəklənməsi və təqib olunma riski (dövlət ittihamı və ya xüsusi ittiham əsasında) və digər zərərverici hüquqi hərəkətlər ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab etmək üçün kifayətdir. Məhkəmə belə bir məsələ barəsində öz fikrini ifadə etmədi ki, ərizəçi yəqin ki, öz hərəkatının baxışlarını təbliğ etməkdə heç nə ilə məhdudlaşdırılmayan azadlığa malikdir; baxmayaraq ki, bu hal xüsusi rəyini bildirmiş hakim Pikisdə ərizəçinin həqiqətən şəxsi həyatına mümkün müdaxilə ilə bağlı qorxu hissi keçirdiyinə qarşı şübhə doğurdu, lakin bunu hər hansı qərəzlilik riskinin olmadığını təsdiq edən sübut hesab etmək çətin ki mümkün olsun. Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2005-ci il, 456 səh.