Rəşid Mədinov (azərb. Rəşid Nəzər oğlu Mədinov; d. 24 aprel 1996, Yeni Həyat, Xaçmaz rayonu — . 13 oktyabr 2020, Pirəhmədli, Füzuli) — İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rəşid Mədinov | |
---|---|
Rəşid Nəzər oğlu Mədinov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yeni Həyat, Xaçmaz |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Füzuli |
Vəfat səbəbi | Şəhid olub |
Dəfn yeri | Yeni Həyat qəsəbə qəbiristanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | qrız |
Atası | Nəzər Mədinov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015-2017, 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | baş artilleriya atıcısı, tuşlayıcı |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ Müharibəsi |
Təltifləri | 2020, |
Vikianbarda əlaqəli mediafayllar |
Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi.
2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib. Kollecdə oxuduğu illər ərzində təhsilindən əlavə işləyərək öz xərclərini çıxarmağa çalışan Rəşidin həm də klasssik ədəbiyyat və dünya coğrafiyasına böyük marağı olub. Rəşidin bu marağı ilə bağlı tələbə yoldaşı Taleh Mirzəyev xatirələrini bölüşür:
Rəşidin dünya ədəbiyyatı, poeziya, ölkələr və mədəniyyətlərə böyük marağı var idi. Bir dəfə kirayə qaldığımız Bakıxanov qəsəbəsindəki kiçik yataqxana otağının qapısı açıldı və Rəşidin gülərüz siması qapıda göründü. Çox sevincliydi. Son zamanlar özünə almaq istədiyi böyük ölçülü dünyanın siyasi xəritəsi qoltuğunda idi. Amma həmin vaxt hamımızın maddi vəziyyətimiz çox aşağı idi. O cibindəki 5 manatla Bakıxanov qəsəbəsindən 8-ci kilometr bazarına piyada gedib arzusunda olduğu və qiyməti məhz 5 azn olan bu xəritəni alıb, elə piyada da evə qayıtmışdı. Köməkləşib, xəritəni divara yerləşdirdik. Bundan sonra kolleci bitirənə qədər boş vaxtlarında həmişə Coğrafi ensiklopediyalardan öyrəndiklərini yatağının yanındakı divarda olan bu xəritədə karandaşla qeyd edirdi. 2015-ci ildə kolleci bitirib hərbi xidmətə yollanmazdan əvvəl bu xəritəni mənə, coğrafiya vəsaitini isə digər qrup yoldaşım Qasım Bayramova hədiyyə verdi. Rəşidin qeydlərinin olduğu bu dəyərli xatirələr bu gün də bizdədir. |
2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedən Rəşid 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. Xidməti ərzində 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən tərxis olunur.
Rəşidin hərbi xidmət dövrü şanlı Aprel döyüşlərinə təsadüf edir. Bu döyüşlərdə Murovdağda baş artilleriya atıcısı olaraq düşmənə qan uddurur. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Rəşid 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunub.
2020-ci ilin 20 sentyabrında ümumi təlimlərə çağırılanlar arasında Rəşid Mədinov da var idi. Bir həftəlik təlimdən sonra başlayan İkinci Qarabağ müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib.
Cəsur bir döyüşçü olmaqla yanaşı eyni zamanda etibarlı yoldaş olan Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə Pirəhmədli kəndi ərazisində yaralanaraq iki tərəf arasındakı zonada atəş altında qalan əsgər yoldaşını xilas etmək üçün düşünmədən önə atılır və yoldaşını çiyninə alıb ərazidən çıxararkən mənfur düşmənin onun yaxınlığına atdığı iriçaplı minomyot mərmisinin qəlpəsi şir ürəkli əsgərimizin qarın boşluğuna dəyir və ağır yaralanır. Aldığı yaradan İkinci Qarabağ müharibəsinin 16-cı günü Şəhidlik zirvəsinə yüksələn igidimiz oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınır.[2]