Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Merkava
Merkava İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankıdır. Böyük Britaniya Çiften tanklarının İsrailə satışını dayandırdıqdan sonra İsraildə yeni tankın proqramı hazırlanmağa başlandı. 1970-ci ildə yeni tankın - Merkava-nın proqramı başa çatdı. Proqramın hazırlanmasına general-mayor İsrael Tal rəhbərlik edirdi. Tank 1973-cü ildə istehsal edilsə də, yalnız 1978-ci ildə rəsmi olaraq istismara verildi. Ümumilikdə 2500-3000 ədəd istehsal olunub. Merkava tankları ilk dəfə olaraq 1982-ci il Livan Müharibəsində istifadə edilib. Hazırda yalnız İsrail Milli Ordusunun arsenalına daxildir. == Konstruksiya == Dörd modeldən ibarət olan tankın ən yeni modeli Merkava IV-dür. Tankın motor bölməsi mina təhlükəsinə qarşı ön tərəfdə yerləşir.