Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Merdeka Binası
Merdeka Binası (ind. Gedung Merdeka) — İndoneziyanın Bandunq şəhərində "Calan Asiya-Afrika"dakı art-deko binası. Bu gün 1955-ci ildə orada keçirilmiş Asiya-Afrika Konfransının ilk Qoşulmama Hərəkatının kolleksiyaları və fotoşəkillərini əks etdirən bir muzey olaraq xidmət edir. Hazırkı bina 1926-cı ildə o dövrün məşhur memarları, həm də Bandunq Texnologiya İnstitutunun (bu gün ITB) iki professoru Van Qalen və Ç. D. Volff Şumaxer tərəfindən 1926-cı ildə hazırlanmışdır . 7500 m²-lik binada İtalyan mərmər mərtəbələr, bəzi salonlar və otaqlar taxta örtüklə işlənib və tavandakı kristal lampaları ilə bəzədilmişdir. Braqa Küçəsi və Calan Asiya-Afrikanın kəsişməsindəki ilk bina 1895-ci ildə Sociëteit Concordia üçün tikilmişdir. 1926-cı ildə Volff Şumaxer, Albert Aalbers və Van Qallen tərəfindən yenidən qurulmuşdur. Sociëteit Concordia Bandunq və ətrafındakı zəngin insanlar üçün rəqs salonu, əyləncəli və sosial toplantı yeri idi. Bura heyvandarlıq sahəsinin sahibləri və ya əməkdaşları, zabitlər, vəzifəli şəxslər və zəngin iş adamı daxildir. Həftə sonlarında bina incəsənət nümayişlərindən, ictimai rəqslərdən və axşam yeməyindən zövq alan insanlar ilə dolu idi.
Netoçka Nezvanova
Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir. Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur.
Astracantha meraca
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Tragacantha meraca
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.