Netoçka Nezvanova

Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir.

Netoçka Nezvanova
rus. Неточка Незванова
Janr Roman
Müəllif F.M.Dostoyevski
Orijinal dili Rus dili
Yazılma ili 1849
Nəşr ili 1849
Əvvəlki Oxşar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur. Get-gedə Katyanın bacısı Netoçka üçün ana rolunu oynayır.