Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Meşənin boniteti
Meşənin boniteti (Latın Bonität — yaxşı keyfiyyət) — Ağacların məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunan şərti bir göstəricidir. Ağacların potensial məhsuldarlığını və ağacların artım dərəcəsini müəyyən edən meşə əkinçiliyinin keyfiyyət xüsusiyyətidir. Orlov cədvəlinə görə, əkin sahəsindəki stendin ortalama yaşı və orta hündürlüyünə və mənşəyinə (toxum və ya gənc böyümə) görə müəyyən edilir. Buğumlar arasındakı məsafədən (50cm-dən çox I bonitet, 50cm-dən az II bonitet) asılı olaraq təyin edilir. Ən məhsuldar ağaclıqlar I sinifə, ən az məhsuldar V sinifə aiddir. II dərəcəli və daha yüksək dərəcəli əkinlərə yüksək bonitetli, III–IV — orta bonitetli, V — aşağı bonitetli, Va və Vb — məhsuldar olmayan bonitetli adlandırırlar. Meşə bonitetinin 5 sinfi var.
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Pleiarina mesnyi
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Salix mesnyi
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Meşənin su rejimi
Meşənin su rejimi – atmosfer və qrunt sularının meşəyə daxil olması və onların meşə tərəfindən istifadə olunması, həmçinin suyun meşə daxilində və ondan kənarda hərəkət etməsini təyin edən hadisələrin məcmusu. Meşənin su rejimi adətən konkret sahədə müəyyən dövr ərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemi daxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşə çətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsi isə ağaclar və aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşə döşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağın alt qatlarına gedir və ya səthi axım şəklində hidroloji şəbəkəyə daxil olur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmaya məruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanma hesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə sərf edir. Meşə formasiyası ot və mədəni bitkilərə nisbətən potensial buxarlanma cəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özünün xassələrindən asılıdır.
Meşənin təbii bərpası
Meşənin təbii bərpası – meşə çətri altında, meşəqırma sahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranması prosesi. Meşənin təbii bərpası toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. Meşənin təbii bərpasının intensivliyi fiziki-coğrafi şəraitdən, meşə tipindən, meşəqırma üsulundan və ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fizikicoğrafi mühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir. Meşənin təbii bərpası zamanı ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidə olunur. Meşənin təbii bərpasına kömək etmək məqsədilə meşəqırma sahəsində toxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinə şərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə, həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır. Meşəsiz regionlarda olan sahələrdə toxum səpmək və tinglər əkməklə süni meşə salınması. Meşəsalma üsulları iqtisadi cəhətdən məqsədəuyğun olaraq torpaq və iqlim şəraiti nəzərə alınıb seçilir. Meşəsalma zamanı müxtəlif səpin üsulları (dağınıq, cərgəli və s.) tətbiq edilir.
Zakavkazski vestnik (qəzet)
Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı. "Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu. Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: 1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.