Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petrovka
Azərbaycanda Petrovka (Cəlilabad) — Cəlilabad rayonunda mövcud olmuş kənd. Belarusda Petrovka (Belarus) — Belarusda kənd. Ermənistanda Petrovka (Loru) — Loru mahalında kənd. Rusiyada Yeni Petrovka (Xaybulla) — Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd.
Petrovka (Bakalı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 35 km, kənd sovetliyindən (Yeni Ursay): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (95 %) üstünlük təşkil edir.
Petrovka (Loru)
Qurdqala, Petrovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Rayon təşkil edilənədək Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Toponim türk mənşəli qurd etnoniminə qala sözünün birləşməsindən əmələ gəlib "qurd tayfasına mənsub qala yanında salınan kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur.
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Yeni Petrovka (Xaybulla)
Yeni Petrovka kəndi (başq. Яңы Петровкa) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Petrovka kəndinin milli tərkibi: ruslar (54 %), başqırdlar (29 %) Məsafələr: rayon mərkəzindən (Akyar): 34 km., kənd sovetliyindən (Antinqan): 10 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Yeni Petrovka (Şaran)
Yeni Petrovka (başq. Яңы Петровка, rus. Новопетровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası):77 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (91 %) üstünlük təşkil edir.
Şatrovka
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Dmitrovka
Dmitrovka (Moskva) — Moskva vilayətində kənd. Dmitrovka (Uqranski rayonu) — Rusiya Federasiyasının Smolensk vilayətinin Uqran rayonunda yerləşən kənd. Novodmitriyevka — Şamaxı rayonunun Qurdtəpə kəndinin əvvəlki adı.
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Anna Petrovna
Böyük hersoqina Anna Petrovna (Rusca: Анна Петро́вна) (d. 27 yanvar 1708 — ö. 4 mart 1728) — Rusiya imperatoru I Pyotr və xanımı Yekaterina Alekseyevnanın ən böyük qızıdır. Kiçik bacısı Yelizaveta Petrovna 1741–1762-ci illərdə imperatriça olaraq imperiyanı idarə etdi. Atasının və anasının səltənətlərində vəliəhd olsa da, heç vaxt taxt uğrunda mübarizə aparmamışdır. Buna baxmayaraq oğlu III Pyotr 1762-ci ildə xalasının xələfi olaraq taxta oturdu. Evlilik yolu ilə Şlezviq-Holşteyn hersoqinası təyin edildi.
Kseniya Petrovna
Kseniya Petrovna (erz. Петрова, Ксения Семёновна 1892, Buquruslan, Samara quberniyası[d] – 1942) — Erzyan şairə, yazıçı, dramaturq. == Bioqrafiyası == Kseniya Semenovna Petrova 1892-ci ildə Samara əyalətinin Buquruslan şəhərində torpaqsız təsərrüfat fəhləsi ailəsində anadan olub. Məktəbdə yalnız üç ay təhsil almağı müvəffəq olur. 1919-cu ildə müəllim adı almaq üçün imtahan verməli olur. Bundan sonra məktəbdə dərs deyir. Böyüklər arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edir. Vətəndaş müharibəsi illərində Buquruslan qəzasındaə Ağ Qvardiya və Çexoslovakiya üsyançılarına qarşı vuruşur. Döyüşlərin birində ağır yaralanır. 1920-ci ildə Buquruslan qəzası xalq maarif şöbəsinin müdiri işləyir.
Yelizaveta Petrovna
Yelizaveta Petrovna (rus. Елизаве́та Петро́вна; (29 dekabr 1709, Kolomenskoye[d] və ya Moskva – 5 yanvar 1762[…], Sankt-Peterburq) — 1741-ci ildən ölümünədək Rusiya imperiyasının imperatriçası olmuşdur. XVIII əsrin iki böyük Avropa müharibəsi zamanı ölkəni idarə etdi: Avstriya vərasət müharibəsi (1740–1748) və Yeddiillik müharibə (1756–1763). Ölümü əsnasında imperiya 16,200,000 km2 əhatə edirdi. Yürütdüyü daxili siyasət nəticəsində zadəganlar hakimiyyətdə söz sahibi oldular. Mixail Lomonosovun Moskva Universitetini və İvan Şuvalovun Sankt Peterburqdakı İncəsənət Akademiyasını qurmaqda himayədarlıq etdi. Eyni zamanda ən sevimli memarı olan F. B. Rastrellinin xüsusilə Peterhofda inşa etdiyi barokko üslubundakı əsərləri maliyyələşdirdi. Sankt Peterburqdakı Qış sarayı və Smolnı kafedralı onun səltənətinin əsas memarlıq əsərləridir. Prussiyaya qarşı yürütdüyü sərt siyasətlə və səltənəti dövründə ölüm hökmü çıxarmamaqla tanınmışdır. Yelizaveta 29 dekabr 1709 tarixində Rus çarı I Pyotr və onun ikinci xanımı I Yekaterinanın qızı olaraq Moskva yaxınlığındakı Kolomonskaya mülkündə dünyaya gəlmişdir.
Mariya Petrova
Petrova Mariya Qriqoryevna (1906, Sankt-Peterburq – 24 yanvar 1992, Sankt-Peterburq) — RSFSR Xalq artisti (1978), rejissor və Leninqrad radiosunun diktoru. == Bioqrafiya == 1906-cı ildə Sankt-Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Teatr İnstitutunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Leninqrad Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlamışdır. M.Petrova eyni zamanda Leninqrad radiosu ilə əməkdaşlıq etmiş, uşaq verilişlərində iştirak etmişdir. 1934-cü il 1 apreldə Mariya Petrova Leninqrad radiosu əməkdaşı təyin edilmiş və fasiləsiz olaraq 56 il bu radioda çalışmışdır. Bu illərdə o, padio-tamaşalarda yüzlərlə rol canlandırmışdır. 1959-cu ildə Mariya Petrova RSFSR-nın əməkdar artisti, 1978-ci ildə isə RSFSR-nın xalq artisti adına layiq görülmüşdür. M.Petrova 24 yanvar 1992-ci ildə vəfat etmişdir. O, Sankt-Peterburqun Boqoslav qəbristanlığında, rəssam əri Yaroslav Sergeyeviç Nikolayevin yanında dəfn olunmuşdur.
Tatyana Petrova
Tatyana Petrova (d. 22 may 1973) — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Tatyana Petrova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yuliya Petrova
Yuliya Petrova (d. 24 may 1979) — Rusiyanı təmsil edən su poloçusu. Yuliya Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yevdokia Petrova
Yevdokia Alekseyevna Petrova (rus. Евдоки́я Алексе́евна Петро́ва; 15 sentyabr 1914 – 19 iyul 2002) — 1950-ci illərdə Avstraliyadakı rus casusu. O, Vladimir Petrovun həyat yoldaşı idi və Petrov işi zamanı onunla birlikdə məşhurlaşmışdı. Sovet İttifaqında böyümüş Petrova dövlət tərəfindən idarə olunan məcburi əmək düşərgələrində və ya qulaqlarda bürokrat kimi çalışmışdır. 1951-ci ildə o, əri ilə birlikdə Avstraliyaya diplomat kimi göndərildi, baxmayaraq ki, onun əsl işi Avstraliya hökumətinə qarşı kapitan rütbəsində casusluq idi. Bu vəzifədə o, Kanberradakı Sovet səfirliyinə kargüzarlıq, şifrələmə və əməliyyat yardımı göstərmişdir. O, 1954-cü ildə əri ilə birlikdə Avstraliyaya qaçdı. Bu, Petrov işinin qızğın vaxtında Darvin Hava Limanında baş verdi. Petrovların epizodla bağlı xatirələri onların Maykl Tueyts tərəfindən yazılmış "Qorxu imperiyası" kitabında yer alırdı. Qaçdıqdan sonra Yevdokia Moskvadakı ailəsi ilə bağlı narahatlıqlar yaşadı, cəzalandırılacaqlarından və ya öldürüldüklərindən qorxdu.
Mariya Vetrova
Mariya Fedosevna Vetrova (ukr. Марія Федосіївна Вєтрова; 3 yanvar 1870, Solonovka[d] – 12 fevral 1897, Sankt-Peterburq) — ukraynalı müəllim və inqilabçı. Ukraynanın müxtəlif yerlərində müəllim işlədikdən və qısa müddət ərzində teatr truppasına qoşulduqdan sonra Azovda sosialist dərnəyinə qoşulub və Lev Tolstoyun əsərlərinin fədaisi olub. Sankt-Peterburqda təhsilini davam etdirsə də, Tolstoyun özü ilə tanış olduqdan sonra inqilabçı olmağa həvəsləndi. O, çarizmə qarşı nəşriyyat fəaliyyətinə görə həbs edilmiş, Pyotr və Pol qalasında özünü yandıraraq ölmüşdür. Onun ölümü anti-çar tələbə hərəkatının yüksəlişi üçün səs-küyə çevrildi, Tolstoy və Maksim Qorkiə ilham verdi, nəticədə "Fırtınalı ləçək nəğməsi" ərsəyə gəldi. == Həyatı == Mariya Fedosevna Vetrova 3 yanvar 1870-ci ildə Rusiya imperiyasının Çerniqov qubernatorluğunda (indiki Çerniqov vilayəti, Ukrayna) Solonivkada anadan olmuşdur. Kazak qadını Oleksandra Vetrova və yerli notariusun qeyri-qanuni övladı olub. Onu "nənə" adlandırdığı kəndli qadın böyüdüb. 1888-ci ildə o, kolleci müəllim kimi bitirib, Lyubexdə kənd məktəbində müəllimlik etməyə davam edib.
Dmitrovka (Uqranski rayonu)
Dmitrovka — Rusiya Federasiyasının Smolensk vilayətinin Uqran rayonunda yerləşən kənd. Drojjinski kənd sovetliyinin bir hissəsidir. Əhalisi — 12 nəfər (2007-ci il sayımına görə). Vilayətin cənub-şərq hissəsində, Ugra qəsəbəsində 33 km şimal-şərqdə, Şablon:Табличка-ru Vyazma — Kaluqa — Tula — Ryazan avtomobil yolundan 13 km şərqdə, Ugra çayının sahilində yerləşir. Kənddən 19 km qərbdə O. P. dəmir yolu stansiyasıdır. Torjok — Bryansk xəttinin 22-ci kmliyində yerləşir.
Petrova-Biryokanın binası (Rostov-na-Donu)
Petrova-Biryokanın binası binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Bolşoy Sadovaya küçəsi, ev 111 ünvanında yerləşir. Binada şair Dmitri İliç Petrova-Biryoka yaşamışdır. Bina 1928-cı ildə konsstuktivizm stilində inşa edilmişdir. Bina arxitektur mədəni irs siyahısına daxil edilmişdir. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Bolşoy Sadovaya küçəsi, ev 111 ünvanında yerləşir. Bina 1928-ci ildə inşa edilmişdir. Yazıçı Dmitri İliç Petrova-Biryoka Don vilayətinin Anninski Xopyorski stanisası ərazisində doğulmuşdu. O, bir çox əsərlərin müəllifidır «Kazaklar haqqında deyimlər», «Vəhşi çöl», «Kondrat Bulabin», «Don çölünün oğulları», «Qruzinov qardaşları», «İvan Turçannikov», «Cənub odda», «Vətən qarşısında». Yazıçı 1932-ci ildən Rostov-na-Donu şəhərində kitab mətbəəsində çalışırdı.