Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Mixalina Vislotskaya
Mixalina Anna Vislotskaya (pol. Michalina Anna Wisłocka, evlilikdən öncə Braun (pol. Braun); 1 iyul 1921, Lodz, Lodz voyevodluğu[d] – 5 fevral 2005, Varşava) — Polşa ginekoloqu, seksoloq, kommunist düşərgəsi ölkələri üçün seks mədəniyyətinə dair ilk ekspert vəsaiti olan "Sevgi sənəti" kitabının müəllifi. == Həyatı == Mixalina Braun ziyalı ailədə anadan olmuşdur. Onun atası Lodz şəhərində məktəb müəllimi (sonradan direktoru) idi, zadəgan ailəsindən gələn anası isə polyak dili üzrə dərslər keçirdi. İkinci Dünya Müharibəsindən əvvəl ailə məktəb binasında yaşayırdı, lakin 1939-cu ildə Krakova köçmək məcburiyyətində qaldı. Tezliklə Mixalina 12 yaşında tanış olduğu kimyaçı Stanislav Vislotski ilə evləndi. Cütlük Varşavaya köçdülər və orada xəstəxanada işləməkdən savayı nasiszmə müqavimət hərəkatının üzvləri idilər.1952-ci ildə Vislotskaya Vrotslav Tibb Universitetini bitirdi. 1959-cu ildə mamalıq və ginekologiya ixtisaslaşmanı aldı, 10 ildən sonra isə tibb elmləri doktoru adını qazandı. 1957-ci ildə, professor Boqdan Bednarski ilə birlikdə Vislotskaya gənclərin cinsi tərbiyəsinin verilməsinin tərəfdarı olan Şüurlu Analıq Cəmiyyəti adlı qurumun həmtəsisçisi oldu.1978-ci ildə Vislotskayanın "Sevgi sənəti" adlı kitabı nəşr olundu, bununla Polşada cinsiyyət və insan cinsi davranışının açıq müzakirələri artmağa başladı.
Olimpiya medalına sahib Azərbaycan idmançıları
== Siyahı ==