Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yoşinobu Minova
Yoşinobu Minova (d. 2 iyun 1976) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kinovar
Kinovar — triqonal sinqoniya – kinovar; kubik sinqoniya – metasinnabarit. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Metasinnabaritin: qvadalkatsarit (Zn – 9,5%, Cd – 6 % olduqda), saukovit (Cd – 12%, Zn – 3,1% olduqda), onofrit (Se – 8,5%-dək). == Xassələri == Rəng – kinovarın parlaq-qırmızıdan (toz şəkilli növ müxtəlifliyi) tünd-qırmızıyadək, bəzən qurğuşunu - boz çalarlı oksidləşmə rəngləri alır; metasinnabaritin – qaradan poladı-bozadək; Mineralın cizgisinin rəngi – kinovarın parlaq-qırmızı, metasinnabaritin – qara; Parıltı – kinovarın parıltısı müxtəlifdir: kristallik əmələgəlmələrdə almaz, sıx xırdadənəlilərdə – metal, toz şəkillilərdə – tutqun; metasinnabaritin – metal; Şəffaflıq – kinovar yarımşəffaf, bəzən şəffaf, metasinnabarit qeyri-şəffaf; Sıxlıq – kinovarın – 8-8,2, metasinnabaritin – 7,7; Sərtlik – kinovarın – 2-2,5, metasinnabaritin – 3; Kövrəkdirlər; Ayrılma – kinovarda {1010} prizması üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, tikanlı; Başqa xassələr – metasinnabarit kinovardan fərqli olaraq elektrikkeçirmə ilə səciyyələnir. 344°C temperaturda metasinnabaritin kinovara dönər keçmə prosesi baş verir; Morfologiya – kristallar: qalınlövhəvarı, romboedrik (kinovar), tetraedrik, dodekaedrik (metasinnabarit); İkiləşmə: kinovarda tez-tez {0001} üzrə təmas ikiləşmələri, həmçinin qarşılıqlı nüfuzetmə ikiləşmələri qeyd olunur; Mineral aqreqatları: bütöv, torpaqvari, bəzən gizlikristallik kütlələr, püruzlar, qaysaqlar (kinovar), yaxmalar, xırdadənəli qabıqlar, tozvari qaysaqlar (metasinnabarit). == Mənşəyi və yayılması == Yer səthinə yaxın hidrotermal əmələgəlmələr olub, teletermal və vulkanogen yataqlar üçün səciyyəvidirlər. Civə, sürmə-civə yataqlarında, bəzən qızıllı kvars damarlarında rast gəlirlər. Termal bulaq çöküntülərində aşkar edilmişlər. Bəzən bilavasitə vulkanik qazlardan çökürlər. Nadir hallarda civəli tutqun filizlərin oksidləşmə məhsulu kimi hipergen kinovar müşahidə edilir; Kinovar bəzən səpintilərdə də toplanır. Birlikdə rast gəldiyi minerallar: sərbəst civə, xalsedon, kvars, barit, kalsit, flüorit, xalkopirit, pirit.
Minacat
Minacat — Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəvi və qəsidəyə yaxınlığı ilə səciyyələnir. Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır. Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.
Monovar
Monovar (isp. Monóvar) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 152 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 12928 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 7 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Vinalopo-Mica Aspe Elda == Xarici keçidlər == Rəsmi sayt [1] Web de opinión sobre Monóvar, con vídeos, fotos y entretenimiento en general. Web del Ayuntamiento de Monóvar Índice de Estadística Municipal de Monóvar.
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. 2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.
Minhva
Minhva ( Hanqıl: 민화 ) daha çox səyahət edən və ya naməlum sənətçilər tərəfindən rəsmi təlimi olmadan meydana gələn Koreya xalq sənətinə aiddir. Minhva Yanagi Muneyoshi tərəfindən yaradılmışdır. Minhva-nın hərfi mənasında "xalqın boyası" və ya "məşhur rəsm" deməkdir. Bu rəsm növü keçmişdən miras qalan üslublara, kanonlara və janrlara sadiq qalaraq adsız sənətkarların rəsmləri idi. Minhva həmçinin özündə sehirli aspektlər də cəmləşdirirdi. Minhvaların faydalı kəramətlərə sahib olduqlarına həmçinin sahiblərini və ailələrini pis qüvvələrdən qoruduqlarına inanılırdı. Durnalar, qayalar, su, buludlar, günəş, ay, şam ağacları, tısbağalar, böcəklər və çiçəklər kimi populyar mövzuları özündə birləşdirirdi. Minhva sənəti inkişaf edərək on yeddinci əsrdə bugünkü halına keçid etdi. Minhva sənətçiləri bir yerdən başqa yerə gəzən adi insanlardır ki, ümumiyyətlə yerli xalq üçün rəsm çəkəcəkləri festivallara qatılaraq öz işlərini yerinə yetirirdilər. Həyatlarının önəmli mərhələləri minhva rəsmlərinin boyanması ilə əhatə edilmişdir.
Manovar Musso
Manovar Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948) — İndoneziya siyasi xadimi. == Həyatı == Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Manovar qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bə'zən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı. Manovar Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə iste'dadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur. İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Manova Qounda Sent-Floris Milli Parkı
Manovo-Qounda-Sen-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Milli parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük milli parkıdır. Bu park ölkənin əhəmiyyətli flora və fauna müxtəlifliyinə ev sahibliyi. Parkın düzənliklərində qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, şimal su hövzələrində müxtəlif növdə su quşları yaşayır. Parkda üç çay və Bonqo sıradağları yerləşir. 1988-ci ildə Manovo-Qounda-Sen-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.