Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Sirab
Sirab mineral suyu
Zirab
Zirab — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,216 nəfər və 4,764 ailədən ibarət idi.
Mizrab
Mizrab, plektr (q.yun. πλῆκτρον plēktron, πλήσσω plēssō dən - vururam), və ya mediator — sümük, plastik və ya metal plastinkadan hazırlanan barmaqla tutularaq simli alətləri ifadə edən köməkçi vasitə.
Mira
Mira — bugünkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Merab Kostava
Merab Kostava (gürcü: მერაბ კოსტავა; 26 may 1939, Tbilisi – 13 oktyabr 1989) — gürcü musiqiçi, dissident və şair, həmçinin Gürcüstanda Milli-Azadlıq hərəkatının liderlərindən biri idi. 1989 -cu ilə qədər Sovet İttifaqına qarşı Gürcüstanda müxalif hərəkata rəhbərlik etdi. Kostava 1939-cu ildə SSRİ -nin Gürcüstan Sovet Sosialist Respublikasının Tbilisi şəhərində anadan olub. 1954 -cü ildə Kostava və Zviad Qamsaxurdiya, paytaxt Tbilisinin əsasını qoymuş orta əsr gürcü kralı Vaxtanq Qorqasalinin xatirəsinə həsr olunmuş gürcü gənclər "Qorqasliani" təşkilatını qurdular. 1956-1958-ci illər arasında Kostava, Qamsaxurdiya və bu təşkilatın bir neçə üzvü ilə birlikdə "anti-sovet fəaliyyətinə" görə DTK tərəfindən həbs edildi. Kostava və Qamsaxurdiaya qarşı irəli sürülən ittihamlara anti-kommunist ədəbiyyatın yayılması və elanlar daxil idi. Kostava 1962 -ci ildə Tblisi Dövlət Konservatoriyasını bitirdi. 1962–1977 -ci illərdə Tbilisidə yerli musiqi məktəbində müəllim idi. 1973 -cü ildə Kostava və Qamsaxurdiya İnsan Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupunu yaratdılar. 1976-cı ildə Kostava, Gürcüstan Helsinki Qrupunu (daha sonra 1989-cu ildə Gürcüstan Helsinki Birliyi adlandırıldı) təsis etdi.
Minab şəhristanı
Minab şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Minab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 254,304 nəfər və 50,478 ailədən ibarət idi.
Mirai Nikki
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Miraj 2000
Dasso "Miraj" 2000 (Dassault Mirage 2000) — 1970-ci ildə Dasso şirkəti tərəfindən hazırlanan dördüncü nəsil fransız çoxməqsədli qırıcısı. XX əsrin sonu XXI əsrin əvvəli Fransanın əsas hərbi təyyarəsi. Asiya, Avropa və Latın Amerikasının bir neçə ölkəsinin arsenalına daxildir. Miraj 2000 yığma konveyeri 2007-ci ildə son təyyarənin təhvil verilməsindən sonra dayandırılıb. Sonuncu Miraj 2000 23 noyabr 2000-ci ildə Yunanıstanın HHQ-nə verilmişdi. Fransanın HHQ Miraj 2000 təyyarəsini, 27 iyun 2006-cı ildə silahlanmaya qəbul olunan çoxməqsədli Dassault Rafale qırıcısı ilə əvəz etdilər.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Miras (dəqiqləşdirmə)
Miras — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. "Miras: Bakının sirri" — Çingiz Mehbalıyev tərəfindən yazılmış Azərbaycanda ilk milli intellektual detektiv janrında roman. Miras (film, 1993) — Bakı Toxuculuq Birliyinin keçmişindən və bugünkü işlərindən bəhs edən kinolent. Təbii miras, keçmişdən ötürülmüş fauna və flora, geologiya, landşaft və relyef formaları, eləcə də təbii sərvətlər; Mədəni miras, insanlar tərəfindən yaradılmış fiziki baxımdan toxunula bilən (heykəl, qurğu və s.) və toxunula bilməyən (əsasən intellektual mülkiyyət); Ərzaq mirası; Sənaye mirası, sənaye mədəniyyətindən qalan abidələr; Ənənələr, əcdadlardan qalma adət-ənənə, inanc və qaydalar; Virtual miras, informasiya-kommunikasiya texnologiyaları əsaslı işlər; Vəsiyyət, insanların öləndən sonra digərlərinə ötürdükləri maddi və mənəvi mülkiyyət; İrsiyyət, bioloji olaraq insanların fiziki xüsusiyyətlərinin ötürülməsi; Doğum haqqı, insanın doğulduğu xüsusiyyətlərə (yer, vaxt, ailə və s.) məxsus olduğu təbii hüquqlar; Qohumluq, müxtəlif canlıların (insan, heyvan, bitki və s.) genoloji kökləri arasında mövcud əlaqə qəsasında malik olduqları ümumilik.
Mirat (jurnal)
"Mirat" jurnalı (az-əbcəd. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
Miray Daner
Miray Daner — Türkiyə TV serial aktrisası. Fəaliyyətə 7 yaşında başlayan Daner "Papatyam" serialında 121 bölüm Metin Akpınarın nəvəsi "Qonca" rolunu canlandırdı. "Dərsimiz Atatürk" filmində Sabiha Gökçenin uşaqlığı rolunu oynayıb. İlk dəfə "Disney Channel"in Türkiyədə yayımlanan "Zil Çalınca" serialında baş rol ifa edib. "Medcezir" serialında Beren Beylice rolunu canlandıran aktrisa 2016-cı ildə Yağmur Taylan və Durul Taylanın rejissorluğu ilə çəkilmiş "Vətənim sənsən" serialında "Hilal" rolunu oynayaraq vətənpərvər gənc qız obrazını mükəmməl şəkildə yaratmışdır.
Miyab (Mərənd)
Miyab (fars. مياب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 624 nəfər yaşayır (227 ailə).
Mizab (Mərənd)
Mizab (fars. ميزاب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (75 ailə).
Sirab (Babək)
Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var. Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sirab nekropolu
Sirab nekropolu – Babək rayonunun eyniadlı kəndindən cənubda, orta əsrlərə aid arxeoloji abidə. Sahəsi təxminən 5 hektardır. Əsasən qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaqlı torpaq qəbirlərdən ibarətdir. Baş daşılarının əksəriyyəti düşmüşdür. Saxlanan baş daşlarının bəzisi yastı daş plitələrdən ibarət olub, yuxarısı tacvarı sonluqla tamamlanır. Bəzi baş daşlarının üzərində ərəb dilli yazılara rast gəlinir. Qoç formalı baş daşlarının üst hissəsində ərəb dilli yazılar var.
Miras heykəli
Miras heykəli (türk. Miras Heykeli) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. Türk heykəltaraş Metin Yurdanurun əsəridir. Türkiyənin paytaxtı Ankarada ilk mülki heykəl olması ilə tanınır. Heykəldə Molla Nəsrəddin het ximerası üzərində, arxaya oturmuş təsvir edilmişdir. 1979-cu ildə Ankara Böyükşəhər Bələdiyyəsi “şəhərin plastik elementlərlə təchiz edilməsi layihəsi”nin hazırlanması təşəbbüsü ilə çıxış edərək Ankaranın müxtəlif ərazilərini bəzəmək üçün bir sıra heykəltaraşlıq işlərini sifariş verib. Mətin Yurdanur başda olmaqla bir neçə heykəltaraşın hazırladığı bu əsərlər elə həmin il bələdiyyə orqanlarına təqdim olunub. Belə ki, bu layihə çərçivəsində Yurdanurun “Mirası” Ankara Dəmiryolu Vağzalının bağçasında, “Ellər” Abdi İpəkçi parkında, “Həmrəylik” isə Meydanda yerləşdirilib. Miras heykəli Anadolu ilə əlaqəli iki fərqli, lakin əhəmiyyətli mədəniyyət rəmzlərini birləşdirir. Beləliklə, müxtəlif dövrlərdə eyni torpaqda mövcud olmuş Anadolu sivilizasiyalarının birliyini və davamlılığını simvolizə etmək nəzərdə tutulur.
Miraş (Mahnişan)
Miraş (fars. مراش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (57 ailə).
Merab Kokoçaşvili
Merab Kokoçaşvili (21 mart 1935, Tiflis) — kinorejissor, aktyor, ssenarist. "Gürcüstanfilm" kinostudiyasının direktoru, bir çox beynəlxalq mükafatların və festivalların laureatı.
Merab Mamardaşvili
Merab Konstantinoviç Mamardaşvili (gürc. მერაბ კონსტანტინეს ძე მამარდაშვილი; 15 sentyabr 1930[…], Qori, Gürcüstan Sovet Sosialist Respublikası[d] – 25 noyabr 1990[…], Moskva) — Sovet filosofu, fəlsəfə elmləri doktoru (1970), Moskva Dövlət Universitetinin Professoru(1972) == Həyatı == Merab Mamardaşvili Qoridə (Gürcüstan) anadan olub. 1955-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. == Əsərləri == 1968 — "Təfəkkürün formaları və məzmunu" adlı ilk monoqrafiyası. (Hegelin bilik formaları haqqında doktrinasının tənqidinə doğru). 1971 — Tartu Universitetində nəşr olunan "Şüurun metateoriyası haqqında üç çıxış: Vijnanavada doktrinasına qısa giriş]" (Piatiqorski ilə həmmüəlliflik). 1973–1974 — Piatiqorski ilə birlikdə "Simvol və şüur" mövzusunda iş. 1974-cü ildə Piatiqorski Londona mühacirət etdi. Kitab 1982-ci ildə Yerusəlimdə nəşr olunub.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Bimperlinq
Mira Bimperlinq (d. 31 mart 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Mira Bimperlinq 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Mira Bimperlinq 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.