Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Ank Marsiy
Ank Marsi (lat. Ancus Marcius) — Qədim Romanın IV çarı. == Haqqında == Tull Hostilidən sonra Romada Ank Marsiy çar seçilmişdi. O, həm də baş pontifik (pontifex maximus) idi. Ölkənin iqtisadi inkişafı üçün o, çox iş görmüşdü. Tibr çayı üzərində körpü tikdirmiş, Osti adlı liman saldırmışdı. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Ratko Mladiç
Ratko Mladiç (serb. Ратко Младић; 12 mart 1943, Bojanoviçi[d], Bosniya Serb Respublikası) — "Serb qəssabı" ləqəbli general, Serbiya Respublikası Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi (1992–1995). == Həyatı == 12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub. 1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunmuşdur. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdür. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdır.2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunmuşdur. Onun digər silahdaşı Karaciç isə 40 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qərar verilmişdi..
İrina Madziy
İrina Madziy (ukr. Ирина Богданівна Мадзій; 12 mart 1970, Kostanay vilayəti – 11 aprel 2021, Borşçiv[d], Ternopil vilayəti) — Ukrayna jurnalisti. == Həyatı == İrina Madziy 12 mart 1970-ci ildə Qostanay vilayətində anadan olmuşdur. İvan Franko adına Lvov Milli Universitetinin jurnalistika fakültəsini bitirib. 2007-ci ildən 2021-ci ildə vəfat edənə qədər Ukrayna Jurnalistlər Birliyinin üzvü idi. 11 aprel 2021-ci ildə Ukraynanın Borşçiv şəhərində vəfat etdi.