Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vera Mençik
Vera Mençik (çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik; 16 fevral (1 mart) 1906, Moskva – 26 iyun 1944, Klapem[d], Böyük London)— qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944). Vera Mençik 1906-cı il fevralın 16-da Moskvada anadan olmuşdur. Milliyətcə çex olan atası 9 yaşında ikən ona şahmat oynamağı öyrətmişdir. Vera isə oxumağı, şəkil çəkməyi,teatra getməyi üstün tuturdu. Lakin məktəb birinciliyində iştirak etməsi onun sonrakı şahmat taleyini həll etdi. 1921-ci ildə ailəsi şahmat ənənələri ilə məşhur olan Qastinqs şəhərinə köçür. Burada Vera Macarıstan qrosmeysteri Geza Marotsidən şahmatın sirlərini öyrənir. O, çox az müddətdə tərəqqiyə nail olur.
Yaroslav Melnik
Yaroslav Melnik (ukr. Ярослав Йосипович Мельник, lit. Jaroslavas Melnikas, 6 fevral 1959) — Ukrayna və litvalı yazıçısı, filosof və tənqidçi. Yaroslav Melnik 6 fevral 1959-cu ildə Ukraynanın Rovno vilayətinin Dubenski rayonunun indiki qəsəbədə statusu almış Smıqa kəndində anadan olmuşdur. O, Lvov Universitetini və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını Ukrayna filologiyası ixtisası üzrə bitirib. 1997-ci ildə Parisin ən böyük nəşriyyatlarından biri olan Robert Laffont Yaroslavın "Les Parias d'Eden" ((fr. Парии Эдема) romanını nəşr etdirir. O, fransız ədəbiyyatşünasları tərəfindən tanınıb və ölkə mətbuatı tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Ukrayna Təhsil və Elm Nazirliyi onun "Uzaq kosmos" (ukr. Далекий простір) romanını ölkənin orta məktəblərinin 11-ci sinfi üçün Ukrayna ədəbiyyatı üzrə icbari kurrikuluma daxil edib.
Orlando Mecik
Orlando Mecik — Florida ştatının Orlando şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır. Orlando Mecik NBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində Minnesota Timbervulvzla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub. Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi. Onlardan biri Floridada yerləşməliydi. Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır. Klubun adının seçimi üçün azarkeşlər arasında sorğu keçirilir. Nəticədə 4296 təklifdən Mecik seçilir. Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik Amvay Sentrdə keçirir. Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.