Vera Mençik (çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik; 16 fevral (1 mart) 1906[1], Moskva[2] – 26 iyun 1944[3][4], Klapem[d], Böyük London[3])— qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944).
Vera Mençik | |
---|---|
çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik | |
Ölkə |
SSRİ Çexoslovakiya İngiltərə |
Doğum tarixi | |
Doğum yeri | Moskva |
Vəfat tarixi | (38 yaşında) (38 yaşında) |
Vəfat yeri | London |
Dünya çempionluğu | 1927-44 |
Vikianbarda əlaqəli mediafayllar |
Vera Mençik 1906-cı il fevralın 16-da Moskvada anadan olmuşdur. Milliyətcə çex olan atası 9 yaşında ikən ona şahmat oynamağı öyrətmişdir. Vera isə oxumağı, şəkil çəkməyi,teatra getməyi üstün tuturdu. Lakin məktəb birinciliyində iştirak etməsi onun sonrakı şahmat taleyini həll etdi.
1921-ci ildə ailəsi şahmat ənənələri ilə məşhur olan Qastinqs şəhərinə köçür. Burada Vera Macarıstan qrosmeysteri Geza Marotsidən şahmatın sirlərini öyrənir. O, çox az müddətdə tərəqqiyə nail olur. 1923–1924-cü illərdə kişiləin Qastinqsdə keçirilən turnirində çıxış edərək, 7–8-ci yerləri bölüşdürür. Sonrakı illərdə o, bir sıra turnirlərdə, xüsusən kişilərin yarışlarında çıxış edərək,oyun texnikasını təkminləşdirmişdir. O,17 qrosmeysterlə və tanınmış ustalarla, o cümlədən Aleksandr Alexinlə 8, Xose Raul Kapablanka ilə 9, Maks Eyve ilə 4, Botvinniklə 2, Florla 10 dəfə görüşmüşdür.
Vera Mençik 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı faciəli surətdə həlak olmuşdur.[5]
1927-ci ildə 7 ölkənin 12 qadın şahmatçısı Londonda toplaşaraq, ilk dəfə olaraq qadınların dünya birinciliyində yarışdılar. 21 yaşlı Mençik bütün rəqiblərinə asanlıqla qalib gələrək, qadınlar arasında birinci dünya çempionu oldu.
Vera Mençik çempion adını müxtəlif turnirlərdə və iki dəfə dünya birinciliyinin yarışlarında müdafiə etmişdir. O, sonuncu dəfə 1942-ci ildə qrosmeyster Mizeslə görüşmüş və qalib gəlmişdir.[6]