Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Modest Musorqski
Modest Petroviç Musorqski (rus. Модест Петрович Мусоргский; 9 (21) mart 1839, Karayevo[d], Toropets qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 16 (28) mart 1881[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı. Modest Petroviç Musorqski rus bəstəkarıdır. Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini, doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya mədəniyyətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur. Görkəmli bəstəkar G. Sviridovun təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı — həqiqətdir". Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək, böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq, xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı.
Modinos Kiprə qarşı
Modinos Kiprə qarşı — (16 EHRR 485 (25 mart 1993)) Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. İş 1987-ci ildə, Apeleftherotiko Kinima Omofilofilon Kiprou (AKOK) və ya "Kipr Gey Azadlıq Hərəkatı"nın əsasını qoymuş gey hüquqlarının müdafiəçisi Aleksandros Modinos tərəfindən qaldırılmışdır. Eyni zamanda öz həmcinsi ilə cinsi əlaqəyə daxil olan iddiaçı bəzi homoseksual hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan Kipr Cinayət Məcəlləsinin 171-ci maddəsinin qüvvədə olması səbəbi ilə böyük gərginlik, narahatlıq və təqib qorxusu ilə yaşadığını bildirmişdir. Məhkəmə 8 səs lehinə, 1 səs əleyhinə olmaqla belə qərara gəlmişdir ki, qadağanın mövcudluğu ərizəçinin şəxsi həyatına birbaşa və davamlı olaraq təsir etmiş, nəticə etibarilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə olunmuşdur. Beləliklə, bu işdə 8-ci maddənin pozuntusu baş verib; ərizəçinin çəkdiyi məhkəmə xərcləri ona qaytarılmalı, eləcə də Strasburqda işin dinlənilməsi ilə bağlı çəkdiyi xərclər ona tam məbləğdə ödənilməlidir. Məhkəmə bu qərarı ilə təsdiq edir ki, homoseksual münasibətlər 8-ci maddə çərçivəsində müdafiə olunur. Bu münasibətləri qadağan edən qanun ərizəçiyə tətbiq olunmasa da, qadağanın açıq-aşkar dəstəklənməsi və təqib olunma riski (dövlət ittihamı və ya xüsusi ittiham əsasında) və digər zərərverici hüquqi hərəkətlər ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab etmək üçün kifayətdir. Məhkəmə belə bir məsələ barəsində öz fikrini ifadə etmədi ki, ərizəçi yəqin ki, öz hərəkatının baxışlarını təbliğ etməkdə heç nə ilə məhdudlaşdırılmayan azadlığa malikdir; baxmayaraq ki, bu hal xüsusi rəyini bildirmiş hakim Pikisdə ərizəçinin həqiqətən şəxsi həyatına mümkün müdaxilə ilə bağlı qorxu hissi keçirdiyinə qarşı şübhə doğurdu, lakin bunu hər hansı qərəzlilik riskinin olmadığını təsdiq edən sübut hesab etmək çətin ki mümkün olsun. Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2005-ci il, 456 səh.