Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Andraş Töröçik
Andraş Töröçik (mac. Törőcsik András; 1 may 1955, Budapeşt, Macarıstan – 9 iyul 2022) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Macarıstan futbolçusu. Ləqəbləri – Törö və Kese. Andraş Töröçik ən çox "Uypeşt-Doja" futbol klubundakı performasına görə tanınır. 1978-ci il FİFA Dünya Kuboku və 1982-ci il FİFA Dünya Kubokunun final mərhələsində Macarıstan milli futbol komandasında çıxış etmişdir. == Karyera == === Klub === Andraş Töröçik 12 yaşında ikən "Vaşutaş" futbol klubunun heyətini qoşulmuşdur ki, o, burada düz 7 il çıxış etmişdir. O, 1974-cü ilin yayında Macarıstanın paytaxtı Budapeşt şəhərini təmsil edən "Uypeşt-Doja" futbol klubuna transfer olunmuşdur. Yaxşı texnikası, vurduğu qollar və rəqibə gözlənilməz təhlükə yaratmaq bacarıqlarına görə Andraş Töröçik çox keçmədən komandanın liderlərindən birinə çevrilmişdir. "Uypeşt" futbol komandasının heyətində çıxış etdiyi dövrdə Andraş Töröçik Futbol üzrə Macarıstan Çempionatında üç dəfə birincilik yaşamış, bir dəfə isə Futbol üzrə Macarıstan Kubokunu qazanmışdır. "France Football" jurnalına görə Andraş Töröçik iki dəfə – 1977-ci ildə və 1981-ci ildə Avropanın ən yaxşı futbolçuları arasında yer tutmuşdur.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Nakaqava Qoroci
Nakaqava Qoroci (中川五郎治, 1768 – 23 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs. Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur. 1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür.
Oroçi dili
Oroçi dili — Oroçilərin dili. Tunqus-mancur dillərinə yaxın olaraq nanay və udegey dillərinə yaxındır. Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk, Sovetski-Qavanski, Uliç rayonlarında yayılmışdır. 2010-cu il ümumrusiya siyahıya alınmasına görə oroçi dilində danışanların sayı 8 nəfərdir. Oroçi əlifbası indiyə kimi qərarlaşmayıb: müxtəlif nəşrlərdə müxtəlif variantlar göstərilir, 2002-ci il variantı: Xabarovskda 2010-cu ildə buraxılan "Орочи кэсэни" elektron kitabında həmçinin К' к' hərfləri və uzun saitlər üçün makronlar da göstərilir. Kiril qrafikalı əlifbalı dillər siyahısı ЮНЕСКО — Орочский язык Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine C. Леонтович. Краткий русско-ороченский словарь с грамматической заметкой: Наречие бассейна р. Тумнин, впадающей в Татарский пролив, севернее Императорской гавани. Владивосток, Тип. Н. В. Ремезова, 1896.