Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Ceyms MakEvoy
Ceyms Endryu Makevoy (ing. James McAvoy, 21 aprel 1979, Qlazqo) - Şotland aktyor. Yeniyetməlik dövründən aktyorluğa başlayan Ceyms 1995-ci ildə Yaxın Otaq (The Near Room) filmi ilə debüt etdi. 2000-ci illərə qədər bir çox televiziya çıxışları ilə yadda qaldı. Onun görkəmli televiziya işlərinə Böyük Oyun, Utanmaz və Qum təpəsinin uşaqları kimi seriallar daxildir. Ekran fəaliyyətindən başqa Makevoy 2009-cu ildə Yağışlı Üç Gün (Three Days of Rain) ilə səhnəyə çıxdı. 2011-ci ildə isə Qnomeo və Culyetta və Artur Krismas kimi animasiya filmləri üçün səs çalışmalarında iştirak etdi.