Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Misost Kamberdiyev
Misost Kamberdiyev (oset. Хъамбердиаты Бимболаты фырт Мысост; 10 (23) iyun 1909, Kardjin[d], Şimali Osetiya Muxtar Vilayəti[d] – 5 dekabr 1931) — Osetin şairi. == Bioqrafiyası == Az torpaq kasıbı olan bir kəndlinin oğlu. Məktəbi bitirdikdən sonra Vladiqafqaz, Mozdok, Ardonda oxumuşdur. 1930-cu ildə Moskvadakı fəhlə sənət fakültəsinin ədəbi şöbəsini bitirir. Vətəninə qayıtdıqdan sonra redaktorluq və ədəbi işə başlayır. 1931-ci ildə 22 yaşında ağciyər vərəmindən dünyasını dəyişir. Vladiqafqazda Osetiya kilsəsinin yanında dəfn edilir. Osetiya ədəbiyyatının banisi Kosta Xetaqurovun, Vladiqafqazın uzun müddət bələdiyyə başçısı olan Qappo Bayevin və Osetiyanın digər nəcib insanlarının yanında dəfn edilmişdir. == Yaradılıcılığı == Uşaqlıqdan şeir yazmağa başlayır.