Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Musaköy
Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati-ərazi vahidi Xanlıqlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir. === Tanınmış şəxsləri === Hacı Allahyar ağa Dilbazov (?-1866) — Azərbaycan nəqşibəndi.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Morskoy adası
Morskoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində yerləşir. Neudaç buxtasında sahillərini yuyur. Bolşevik adasının şərq sahillərinə yaxın ərazidə yerləmir. Qərbində Blizkiy adası yerləşir. Blizkiy adası Morskoy adasından nisbətən iridir. Bu iki ada arasında Neudaç buxtası yerləşir. Bu hissədən buxtaya Neojıdannaya çayı tökülür. == Təsviri == Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır.