Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mücin
Mücin — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi.
Odontarrhena murcica
Alyssum alpestre (lat. Alyssum alpestre) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. == Sinonimləri == Alyssum gerardi Rouy & Foucaud Odontarrhena saxatilis Jord. & Fourr. Odontarrhena pyrenaica Jord. & Fourr. Odontarrhena murcica Jord. & Fourr. Odontarrhena microphylla C.A.Mey. in Ledeb.
Yelena Murzina
Yelena Anatoliyevna Murzina (d. 15 iyun 1984; Yekaterinburq, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Yelena Murzina, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Yelena Murzina, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Tatyana Kurbakova, Natalya Lavrova və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Inga mucuna
Inga mucuna (lat. Inga mucuna) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. == Ailəsi və evliliyi == Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
Vera Muxina
Vera Muxina (rus. Ве́ра Игна́тьевна Му́хина; latış. Vera Muhina‎; 1 iyul 1889, Riqa – 6 oktyabr 1953[…], Moskva) — Sovet heykəltaraşı. SSRİ xalq rəssamı (1943). 5 dəfə (1941, 1943, 1946, 1951, 1952) Stalin mükafatı laureatı. == Həyatı == Vera Muxina 1 iyul 1889-cu ildə Riqada sahibkar ailəsində anadan olmuşdur. Muxinlər ailəsi XIX əsrin birinci yarısından Riqada məşhur idilər. Onlar şəhər salır, maarifçiliyə pul ayırır, xeyriyyəçiliklə məşğul olurdular, bir sözlə əsl sahibkarlar kimi tanınırdılar. Lakin onların məişəti dvoryanlardan az fərqlənirdi. Atası İqnati Kuzmiç çətənə lifinin ticarəti ilə məşğul olurdu.
Zinaida Stalitenko-Turçina
Zinaida Stalitenko-Turçina (qızlıq soyadı: Stalitenko; d. 17 may 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Zinaida Stalitenko, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Zinaida Stalitenko, həmdə Dünya Çempionatlarında 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. == Həyatı == Zinaida Stalitenko 17 may 1946-cı ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Zinaida Stalitenko ailəlidir, Nataliya (d. 1973) adında bir qız və Mixail (d. 1981) adında bir oğlan övladı var. Onun, həyat yoldaşı həndbol üzrə Sovet İttifaqının yığmasının 1973-1988-ci illərdə baş məşqçisi olan İqor Turçindir. == Karyerası == Zinaida Stalitenko, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı.