Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mursalitsa zirvəsi
Mursalitsa zirvəsi (bolq. връх Мурсалица, ‘Vrah Mursalitsa’ \'vr&h mur-'sa-li-tsa\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2400 m hündürlüklü qaya zirvəsidir. Zirvə Şarp dağından 6.5 km şimal-yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal -qərbində yerləşmişdir. Zirvə Bolqarıstandakı Rodof dağlarının Mursalitsa silsiləsinin adını daşıyır. == Yerləşməsi == Mursalitsa zirvəsi 77°55′16″ c. e. 86°21′10″ q. u. koordinatlarında yerləşmişdir.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.