Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu.2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.2008-ci ildə Muşitsa Priştina klubunun tərkibində Kosovo çempionu oldu, ardından Kosovonun Djakovitsa şəhərindən olan Velaznimi klubuna keçdi. 2010-cu ildə Mushitsa Makedoniyanın Renova klubuna transfer olundu.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Naoyuki Fucita
Naoyuki Fucita (d. 22 iyun 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nikol Fucita
Nikol Fucita (藤田 ニコル, Fucita Nikoru, 20 fevral 1998, Yeni Zelandiya) – Yeni Zelandiya əsilli Yaponiya modeli və tarentosu. Oscar Promotion qabiliyyət agentliyi ilə əməkdaşlıq edir və Tokioda aktiv fəaliyyət göstərir. "Vivi" dəb jurnalının ekslüsiv modelidir. Boyu 167 santimetrdir. == Karyerası == Fucita 2012-ci ildə XIII Nikola Model Auditoriyasının qalibi olmuş və jurnalın ekslüsiv modeli olmuşdur. 2014-cü ilin iyulunda "Popteen" jurnalına keçmişdir. 2015-ci ildə Mezamashi TV kanalının şou-biznes verilişinin dəb aparıcısı seçilmişdir. Həmin il o, Yaponiyada Yahoo! platformasında ən çox axtarılan yeni model olmuş və buna görə xüsusi mükafat qazanmışdır. 2016-cı ilin iyulunda Fuji TV kanalının "Sevdiyim insanın olması məsələsi" serialının spin-offunun baş rolunda oynamışdır.
Toşiya Fucita
Toşiya Fucita (d. 4 oktyabr 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 3 qol vurub.