Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxodka
Naxodka — Rusiyanın Primorsk diyarında şəhər.
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Avoska
Avoska — tor zənbil XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır. Lakin bunlara tələbat olmadığını gördükdə ona qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. 1935-ci ildən SSRİ-də geniş şəkildə istifadə olunmağa başlamışdır.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Pyaçça Navona
Pyaçça Navona ya Navona meydanı (it. Piazza Navona) — Roma şəhərinin ən görməli yerlərindən biri, qədim və mərkəzi meydanı. Meydan cənubdan şimala doğru uzanan düzbucaqlı formasındadır. XV əsrdən 1869- cu ilədək şəhər bazarı yerləşmiş bu meydan XVII əsrdən etibarən barokko üslubunda yenidən tikilmişdir. Meydana lat. Sanctae Agnetis in Agone (1652, memar, Cirolamo Rainaldi) daxil olmaqla iki kilsə və X İnokentiya üçün 1644-50 ci illərdə tikilmiş Palaçço Pamfili daxil olmaqla bir neçə saraylar açılırlar. == Tarixi == IV əsrə qədər bu yerdə aqon (q.yun. ἀγών) — idman yarışları keçirilirdi. Bu sözdən də indiki meydanın adı formalaşmışdır: orta əsrlərdə — campus agonis və ya in agone, sonralar n’agone və nəhayət indiki navone/navona şəklini almışdır. Orta əsrlərdə meydan Aleksandr Severin sirki kimi də adlandırılmışdır.
Absolut Vodka
Absolut Vodka — İsveçin cənubundakı Oxus şəhəri yaxınlığında istehsal olunan araq brendi. Absolut Fransanın Pernod Ricard qrupunun bir hissəsidir. Pernod Richard Absolutu 2008-ci ildə İsveç dövlətindən 5,63 milyard avroya satın alıb. Absolut Vodka dünyanın ən böyük spirtli içki brendlərindən biridir və 126 ölkədə satılır. == Tarix == Absolut brendinin əsası 1879-cu ildə Lars Ulsson-Smit tərəfindən qoyulub və məhsulun ilkin adı "Absolut Rent Brännvin" olub. Smit öz arağı ilə Stokholm şəhərinin spirtli içki bazarındakı monopoliyaya meydan oxuyub: o arağı şəhərdən kənarda, Reimersholme adasında satır və adaya pulsuz qayıq gəzintisi təklif edirdi. 1917-ci ildə İsveç hökuməti ölkənin alkoqol sənayesini inhisar altına aldı. Araq daha sonra "Absolut Rent Brännvin" adı ilə ölkə daxilində satıldı. Məhsul 1979-cu ildə Absolut Vodka adı ilə dünya bazarına çıxarılıb. Bu gün Absolut hər il 100 milyon litrdən çox araq satır (2018).
Leytenant Şmidt Adına Zavodda Əməyin Təhlükəsizliyi (1961)
Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)