Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaqonar
Şaqonar — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Naqoya
Naqoya (yap. 名古屋) — Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Naqolnaya çayı
Naqolnaya çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Polnaya çayının sağ qolunu təşkil edir. Üstəlik ona tökülən ikinci böyük çaydır. Çayın uzunluğu 44 km, hövzəsinin sahəsi isə 316 km² təşkil edir. Çayın mənbəyi 190 metr yüksəkliyə malikdir. Naqolnaya çayı başlanğıcını Rostov vilayətinin Çertkov rayonu, Kamennaya Balka xutoru yaxınlığından başlayır. Mənbəyinin hündürlüyü 190 metrdir. Daimi axar Karpovka xutorundan başlayır. İlk əvvəl cənub-qərbə idtiqamətlənir. Pettrovski xutoru yaxınlığından isə cənuba istiqamətlənir.
Antonio Saqona
Antonio (Toni) Cüzeppe Saqona (1956, Tərabülüs əl-Qərb – 29 iyun 2017) — Avstraliyanın Viktoriya əyalətindəki Melburn Universitetində dərs demiş arxeoloq və klassik professor. Toni Saqona, 30 aprel 1956-cı ildə Tripolidə, Liviyada anadan olmuşdur. Valideynləri, Salvatore və Mariya ilə birlikdə 1960-cı ildə Avstraliyaya köçmüş, əvvəlcə Vilhelmstaun, Viktoriyaya yerləşmişdir. Saqona ilk təhsilini Emmanuel Kolleci, Altonada aldı, orta təhsilini 1973 cü ildə bitirdi və Melburn Universiteti Humanitar elmlər bölməsindən məzun oldu. Namizədlik mövzusu 1984-cü ildə tamamladığı Qafqaz bölgəsinin erkən Tunc dövrü Kür-Araz mədəniyyətinin arxeologiyası idi. 1984-cü ildə Erkən Tunc dövründə Qafqaz bölgəsi olaraq nəşr edilmişdir. Doktorantura namizədliyi müddətində Saqona Humanitar Elmlər Bölməsində müəllimlik edirdi. Müəllimi və onun üçün model olan Bill Culicanın qəfil vəfat etməsi ilə Culican kursunu təhvil aldı və Arxeologiya müəllimliyi etməyə başladı. 1989-cu ildə baş müəllim vəzifəsinə irəli çəkildi, 1995-ci ildə dosent və 2006-cı ildə professor vəzifəsinə təyin edildi. 2017-ci ildə ölümündən bir müddət əvvəl ona Emeritus professor adı verildi.
Naqoya Universiteti
Naqoya Universiteti (yap. 名古屋大学) — Yaponiyanın Naqoya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Naqoya Universitetinin tarixi 1871-ci ildə yaradılmış Tibb Məktəbi ilə bağlıdır. 1920-ci ildə Ayçi Tibb Kolleci yaradılır. 1939-cu ildə bu məktəb Naqoya İmperial Universiteti adlandırılır. 1942-ci ildə universitetin Dəqiq Elmlər və Texnika Məktəbi Mühəndislik və Dəqiq Elmlər məktəblərinə bölünür. 1947-ci ildə ali məktəbin adı dəyişdirilərək Naqoya Universiteti adlandırılır. 2004-cü ildə universitet Milli Universitet Korporasiyası adlanır. Ali məktəbdə aparılan islahatlara əsasən 1949-cu ildə burada 6 məktəb - Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Dəqiq Elmlər, Tibb və Mühəndislik məktəbləri yaradılır. Sonradan 1950-ci ildə Hüquq və İqtisadiyyat məktəbləri müstəqil fəaliyyət göstərməyə başlayır.
Naqoya qəsri
Naqoya qalası (名古屋 城, Naqoya-co) – Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində olan qəsr. Yaponiyanın "Üç gözəl qəsri"ndən biridir. Tenşunun (qüllə) damında olan qızıldan düzəldilmiş cüt şaçihoko ilə tanınır. Şaçihoko ilə birlikdə Naqoya şəhərinin simvolu olaraq qəbul edilməkdədir.
Pyaçça Navona
Pyaçça Navona ya Navona meydanı (it. Piazza Navona) — Roma şəhərinin ən görməli yerlərindən biri, qədim və mərkəzi meydanı. Meydan cənubdan şimala doğru uzanan düzbucaqlı formasındadır. XV əsrdən 1869- cu ilədək şəhər bazarı yerləşmiş bu meydan XVII əsrdən etibarən barokko üslubunda yenidən tikilmişdir. Meydana lat. Sanctae Agnetis in Agone (1652, memar, Cirolamo Rainaldi) daxil olmaqla iki kilsə və X İnokentiya üçün 1644-50 ci illərdə tikilmiş Palaçço Pamfili daxil olmaqla bir neçə saraylar açılırlar. IV əsrə qədər bu yerdə aqon (q.yun. ἀγών) — idman yarışları keçirilirdi. Bu sözdən də indiki meydanın adı formalaşmışdır: orta əsrlərdə — campus agonis və ya in agone, sonralar n’agone və nəhayət indiki navone/navona şəklini almışdır. Orta əsrlərdə meydan Aleksandr Severin sirki kimi də adlandırılmışdır.
Naqornaya çayı (Bıstraya)
Naqornaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Naqornaya çayı Bıstraya çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Şimali Dones çayının bir qoludur. Bıstraya çayının mənsənibə 185 km qalmış ona tökülür. Suxaya çayının uzunluğu 21 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 180 km²-dir. Xəritələrdə quruyan çay olaraq göstərilir. Çay sistemi: Naqornaya → Şimali Dones → Azov dənizi. Suxaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonu Qruzinov xutoru ərazisindən götürür. Xutor yaxınlığında kurqan cərgələri vardır.
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Nanay dili
Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır. 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır. ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.
Yoşikazu Naqay
Yoşikazu Naqay (d. 6 aprel 1952) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 69 oyun keçirib, 9 qol vurub.
Yuyçiro Naqay
Yuyçiro Naqay (d. 4 fevral 1979) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Yuyçzülyü Naqay
Yuyçzülyü Naqay (v. 506) — 492-ci ildə qardaşı oğlundan sonra taxta çıxmış jujan xaqanı. Yerinə oğlu Futu keçmişdi.
Naqay stadionu
Naqay stadionu (yap. 大阪市 長居陸上競技場) — Osaka (Yaponiya) şəhərində yerləşən stadion 1964-cü ildə inşa edilib və 23 000 tamaşaçı tutumuna malikdir. 1996-cı ildə yenidənqurma işlərindən sonra yerlərin sayı 50 000-ə qədər artırılmışdır. Serezo Osaka futbol klubunun ev arenasıdır. 2002-ci ildə stadion 2002 FİFA Dünya Kubokunun qrup mərhələsinin 2 matçını və bir dörddəbir finalını qəbul edib, 2007-ci ildə stadion təmir edilib və 2007 Yüngül Atletika üzrə Dünya Çempionatının əsas arenasına çevrilib. Naqay stadionu 2002 FİFA Dünya Kubokunun üç matçına ev sahibliyi etdi.
Nanay (nəğmə)
Nanay — mərasim nəğməsi. Ağızla çalınan oyun havası. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır.
Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi
Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi (名古屋市下水道科学館) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərində yerləşən kanalizasiya muzeyi. Muzey 1989-cu ilin iyulunda Naqoya şəhərinin 100 illiyi münasibətilə yaradılmışdır. 2012-ci ildə Naqoya şəhərinin kanalizasiya sisteminin 100 illiyi ilə əlaqədar olaraq yenidən açılmışdır. 2019-cu ilin iyulunda muzeyin 30 illiyi münasibətilə yenidənqurma işləri aparılmışdır. 2020-ci ildə "Metawater" şirkəti ilə imzalanan müqaviləyə əsasən muzey rəsmi olaraq "Metawater Naqoya Kanalizasiya Elmi Muzeyi" adlanmışdır. Muzey kanalizasiya sistemlərinin iş prinsipinə həsr olunmuşdur və beş bölmədən ibarətdir. Muzeyin girişində suyun dövranına həsr olunmuş hissədə ziyarətçilər "su damcısına çevrilərək" virtual səyahətə çıxa bilərlər. Gündəlik həyata həsr olunmuş bölmədə suyun istifadə etdikdən sonra hara getdiyi izah olunur. Kanalizasiya təmizləmə bölməsində suyun təmizlənmə prosesi göstərilir. "Təbii fəlakətlərə hazırlıq" bölməsində Naqoya şəhərinin təhlükə xəritəsi və drenaj simulyasiya oyunu yerləşir.