Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bağrəvan
Bağrəvan — Azərbaycanda tarixi qala-şəhər. Qalanın harada yerləşdiyi dəqiq məlum deyil. Ərəb coğrafiyaşünası Yaqut-əl Həməvi (1179-1226) Bağrəvanın Şirvan yaxınlığında, Bab-əl Əbvab (Dərbənd) vilayətində, İran tarixçisi Həmdullah Qəzvini isə Muğanda yerləşdiyini yazıb. Qala-şəhər VII əsrdə ərəblərə ciddi müqavimət göstərib. Ehtimal ki, XIII əsrdə Azərbaycana monqol yürüşləri zamanı dağıdılıb.
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Maddənin aqreqat halları