Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Avia-Aqreqat Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Aviasiya sənayesi |
Təsis tarixi | 1961 |
Baş qərargahın yeri | Bakı, Rövşən Əliyev küç., 11 |
mdi.gov.az/ru/uchrezhden… |
Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır.
1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır.
1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır.
1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır.
1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır.
2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Avia-Aqreqat Zavodu MDB ölkələrinin bir çox təyyarəqayırma müəssisələri ilə əməkdaşlıq edir[1].