Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Andela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Drosera adelae
Drosera adelae (lat. Drosera adelae) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Qustav Dadela
Qustav Dadela (7 mart 1995) — Polşalı peşəkar kişi BMX velosipedçisi. Qustav Dadela Polşanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Qustav Dadela 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 1:07.376 saniyəlik nəticəsi ilə 88-ci yeri tutdu.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969 -cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Mançester, Lankaşir – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.