Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadav Qedj
Nadav Qedj (ivr. ‏נדב גדג'‏‎; 2 noyabr 1998, Paris) — İsrail müğənnisi. O, İsraili 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nadav Qedj 2 noyabr 1998-ci ildə Fransanın paytaxtı Paris şəhərində yəhudi ailəsində anadan olmuşdur. O İsrailin Netanya şəhərində yaşayır. 2016-cı ildə İsraildə hərbi xidmətə yollanmışdır. 2015-ci ildə Nadav Qedj İsrailin IBA telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2017 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Nadav Rihanna, Stivi Uander, Beyonce, Castin Timberleyk və Bruno Marsdan mahnılar ifa etmişdir. Nəticədə yarışmada qalib gələrək, ifaçı İsraili Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Nadavın Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "Golden Boy" ilk dəfə 12 mart tarixində dinləyicilərə təqdim olunmuşdur.
Golden Boy (Nadav Qedj mahnısı)
Golden Boy (azərb. Qızıl oğlan‎) — İsrailin 2015 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nadav Qedj "Golden Boy" mahnısı ilə İsraili Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya 2017-də təmsil etmişdir. İsrailin milli musiqi ritmlərinin də istifadə olunduğu mahnı İsrailli bəstəkar Doron Medali tərəfindən yazılmışdır. Mahnı ilk dəfə 2017-ci ilin 12 mart tarixində dinləyicilərə təqdim edilmişdir. Yunanıstan müğənnisi Eleni Fureyra mahnının "Sto theo me paei" adlı yunan dilində səslənən versiyasını ifa etmişdir.
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
MARUV
Anna Borisovna Korsun (ukr. Анна Борисівна Корсун, rus. Анна Борисовна Корсун) peşəkar şəkildə Maruv adı ilə tanınan, Ukraynalı müğənni, bəstəkar, şair və prodüserdir. Kiyevdə yaşayır və işləyir. Korsun 2017-ci ilin fevralından 2018-ci ilin martınadək Maruv qrupunun üzvü idi. The Pringlez qrupunun davamçısı idi. Daha sonra, Korsun bir müsahibə verdi, o vaxtdan bəri Maruv təxəllüsü altında çalışdığını izah etdi. == Həyatı == Müğənni Ukraynanın Pavloqrad şəhərində Anna Popeliux olaraq anadan olub. Məktəbdə musiqi və rəqs oxudu. 2014-cü ildə, Xarkovdakı Xarkov Politexnik İnstitutundan qeyri-musiqi fənni üzrə məzun oldu.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nadya
Nadya — qadın adı. Nadya Nojarova — Bolqarıstanın operetta müğənnisi və aktrisa Nadya Dorofeyeva — Ukraynalı müğənni, aktrisa və dizayner. Nadya Ruşeva — Sovet qrafika rəssamı. Nadya Byorlin — Amerika aktrisası, müğənni və model.
Nalus
Nalus (fars. نالوس‎)— İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanının Nalus bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,488nəfər və 533 ailədən ibarət idi.
Namur
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Padua
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Padus
Meşəgilası (lat. Prunus subg. Padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Şaduf
Şaduf - yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq - dəri vedrə bərkidərmişlər.
Nidus
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Nabu
Nabu (akk. Na-bi-um) — Babil, Akkad və Assuriya mifologiyasında yazı tanrı.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Echinops nanus
Echinops nanus (lat. Echinops nanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erigeron nanus
Erigeron nanus (lat. Erigeron nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euonymus nanus
Euonymus nanus (lat. Euonymus nanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Gadus morhua
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Hadum məscidi
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
Lupinus nanus
Lupinus nanus (lat. Lupinus nanus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.