Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.
Nitsa (rayon)
Nitsa (fr. Nice) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Alplar. Suprefektura — Nitsa. Rayon əhalisi 2006-cı ildə 521 254 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon ərazisi — 3067 km².
Nitsa FK
"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır. Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.
Nitsa OGK
"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır. Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
2016 Nitsa hücumu
2016-cı il Nitsa hücumu Fransanın Nitsa şəhərində törədilmiş qanlı hücumdur. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. İnsanlar həmin zaman Bastilya qələbəsini bayram edirdilər. Terrorçu-intiharçı 31 yaşlı Tunisli Mohamed Laueezh Boolelldir. Təsdiqlənməmiş məlumatlara görə, hadisədə "İslam Dövləti" terror təşkilatı məsuliyyəti götürdü. == Hadisə == Nitsada çox insanlar axşam, 14 iyul 2016-cı ildə Bastiliya Günü şərəfinə pirotexnika performansı izləmək üçün toplanmışdır. bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilin girməsi nəticəsində 84 nəfər həyatını itirdi, 100-dən çoxu yaralandı. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açdı. İnsanların çoxu yük avtomobilin altında qalaraq həyatını itirdi. Ölənlərin içində Ermənistan, Avstraliya, Çin Xalq Respublikası, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları var idi..
İncəsənət Muzeyi (Nitsa)
İncəsənət Muzeyi Nitsa şəhərində (fr. Musée des beaux-arts de Nice) — bələdiyyə muzeyi. Muzey 1932-ci ildə Nitsa şəhərində dünyasını dəyişən müasir posterin təsisçisi, tanınmış rəssam və qrafik rəssamı Jyul Şere adına layiq görülmüşdür. Muzeydə onun əsərlərinin bir kolleksiyası təqdim edilib. 1878-ci ildə Rus İmperatoru Aleksandrın 1859-cu ildən bəri gizli məsləhətçisi Şahzadə Lev Kochubey həyat yoldaşı Elizaveta Vasilievna ilə Niceə köçdü. Şahzadə torpaq qazanmışdı və onun adından Mayın 30-dan başlayaraq neo-Renaissance üslubunda bir ev qurmağa başladı . 1881-ci ildə saray tamamlanmadı. Bəlkə də, işin yavaş templəri şahzadənin tikiliyi hələ tikinti mərhələsində satma qərarının səbəbi idi. 18 aprel 1883-cü ildə saray, Amerika sənayeçisi James Thompson tərəfindən alındı. Quruluş mərhələsinin sonunda əsərləri İtalyan memarı Konstantin Skala idarə edir .
Narita Beynəlxalq Hava Limanı
Narita Beynəlxalq Hava Limanı — (成田国際空港, Narita Kokusai Kuko; BHNA kodu NRT, BMAT kodu RJAA, 2004-cü ilə qədər - Yeni Tokio Beynəlxalq Hava Limanı) — Tokionun şərq səmtində yerləşən hava limanı. Haneda aeroportundan sonra Yaponiyanın ikinci ən böyük hava limanı olub, sərnişin daşımalarının həcminə görə dünyada 8-ci yeri tutur. Yaponiya hava yollarının bazasıdır, iki uçuş-eniş zolağı (4000 və 2180 m) vardır, hər ikisi asfaltlanmışdır. İki terminal və vertolyot xidməti vardır, birinci terminal şimal və cənub qanadlarına bölünür. Yerüstü nəqliyyat sistemi dəmir yolundan, avtobus daşımalarından və taksi xidmətindən ibarətdir. Birinci terminal 1972-ci ildə tikilmişdir.